Qaradərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.

Tarixi Qaradərə kəndi dağətəyi ərazidədir. Vaxtilə baharlı tayfasına məxsus ailələrin qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi salındığı dərənin adı ilə adlandırılmışdır. Oronim isə “böyük dərə” mənasındadır.

Kəndin adı "Dədə Qorqud" dastanında çəkilir. Əhalisi türklərdir, baharlı boyundandırlar. Çarizmə və Sovet hökumətinə qarşı öz qaçaq dəstəsilə vuruşan qaçaq Fərzalı bu kənddən çıxmışdır. Qarabağ uğrunda döyüşlərdə kəndin igidləri Filman və Azər qəhrəmancasına həlak olublar.

Mədəniyyəti Kənddə orta məktəb, kitabxana, bağça və mağaza var idi.

Coğrafiyası və iqlimi Kəndin qarşısından məşhur çinar meşəsindən başlayan Bəsit çayı axır. Baharlı, Qaragöz, Ördəkli və Çöpədərə kəndlərinin əhatəsindədir.

Əhalisi 300 nəfər və 45 ailədən ibarətdir.

Tanınmışları Azad Qaradərəli (1954–) — Yazıçı, publisist.

Mənbə

Azad Qaradərəli "Aşiqlər" və "Mincivandan Amerikaya".

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri