Azərbaycan Birinci Liqası 2023/2024 — Azərbaycan Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan, Azərbaycanın ən yüksək 2-ci futbol liqası olan Azərbaycan Birinci Liqasının otuz ikinci mövsümüdür.
Birinci Liqa 10 komandanın iştirakı ilə keçirilir. Qalib adı uğrunda paytaxtı və bölgələrimizi təmsil edən klublar 3 dövrəlik sistemlə mübarizə aparırlar. Yarışlar zamanı 8+3 (8 nəfər Azərbaycan vətəndaşı, 3 legioner futbolçu) limiti tətbiq olunur.2023/24 mövsümünün nəticələrinə uyğun olaraq Premyer Liqada sonuncu yeri tutmuş və ya lisenziya şərtlərinə cavab verməyən 1 komanda I Liqaya düşəcək. I Liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək yeri tutmuş 1 komanda Premyer Liqaya vəsiqə qazanacaq. I Liqada sonuncu yeri tutmuş və ya lisenziya şərtlərinə cavab verməyən komanda II Liqaya düşür, II Liqanın qalibi və ya lisenziya şərtlərinə cavab verən ən yüksək yeri tutmuş 1 komanda I Liqaya yüksəlir. I Liqada 9-cu yeri tutmuş komanda II Liqanın 2-ci yerinin sahibi ilə I Liqaya vəsiqə uğrunda pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Pley-offda qalib olan komanda növbəti mövsüm I Liqada oynamaq hüququ qazanır.
Komandalar
Araz Saatlı FK Difai Ağsu FK İmişli FK İrəvan FK Karvan İK Mingəçevir FK MOİK Bakı FK Qaradağ Lökbatan FK Şamaxı FK Zaqatala PFK
Turnir cədvəli
1-27 ci turun matçları
18.10.2023-cü il tarixində I Liqanın V turunun “İmişli” – “İrəvan” oyunu qonaq komandanın matça gəlməməsi səbəbindən baş tutmadığına görə “İrəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “İrəvan” klubu 400 manat cərimə edilir (maddə 63.1) 14.03.2024-cü il tarixində I Liqada XVIII turun “İrəvan” – “Zaqatala” oyununun 83-cü dəqiqəsində “İrəvan” klubunun heyətində 99 nömrəli futbolçu Balamirzə Soltanovun əvəzinə meydançaya adı matçın protokolunda qeyd edilməmiş 8 nömrəli futbolçu Kamil Mahmudov daxil olduğuna görə “İrəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “İrəvan” klubu 400 manat cərimə edilir (maddə 61.6);
Düşmə pley-off 2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş pley-off matçlarında üz-üzə gələcəklər. Bununla əlaqədar mayın 25-i pley-off mərhələrinin püşkü atılacaq.
Birinci Liqada 9-cu yeri tutmuş komanda İkinci Liqanın 2-ci yerinin sahibi ilə I Liqaya vəsiqə uğrunda pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarətdir. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Pley-offda qalib olan komanda növbəti mövsüm Birinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə İkinci Liqada çıxış edəcək. İlk oyun 28 may, cavab oyunu isə 4 iyunda keçiriləcək.
Bombardirlər Elmir Rəhimzadə (MOİK) - 17 qol Elşad Tağıyev ("Şamaxı") - 15 qol Emin Zamanov ("Şamaxı") - 14 qol Xəlil Bəşirov ("Qaradağ Lökbatan") - 12 qol Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 11 qol Xəzər Mahmudov ("İmişli") - 9 qol
Həmçinin bax Azərbaycan Premyer Liqası 2023/2024
Azərbaycan İkinci Liqası 2023/2024
Azərbaycan Kuboku 2023-2024
İstinadlar
1. https://www.pfl.az/cat/39
Xarici keçidlər
Kateqoriya:2023/2024 mövsümündə Azərbaycanda futbol Kateqoriya:Azərbaycan Birinci Divizionları