280px|thumb|right|Qafbüronun 5 iyul 1921-ci il tarixli qərarı Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu (RKP(b)P MK-nin Qafqaz Bürosu) və ya qısaca Qafbüro — Sovet İttifaqı Kommunist Partiyasının Qafqazdakı regional orqanı kimi 1920-ci ilin aprelində bolşeviklər tərəfindən yaradılmış təşkilat. 1920-ci ilin iyuluna qədər Qafqaz Bürosu Pyatiqorskda, oktyabrın sonuna qədər Armavirdə, 1920-ci il noyabrın əvvəlindən 1921-ci ilin martınadək — Rostov-na-Donuda, sonra isə Tiflisdə yerləşirdi.
Qafbüro 8 aprel 1920-ci ildə Serqo Orconikidze (sədr) və Sergey Kirovun (sədr müavini) rəhbərliyi ilə yaradılmışdır. Dərhal narahatlıq doğuran məqamlardan biri o idi ki, Qafbüro heç bir müstəqil kommunist partiyasının onların nəzarətindən kənar yaradıldığını görmək istəmirdi.
Tarixi Qafqaz Bürosu RK(b)P MK plenumunun 8 aprel 1920-ci il tarixli qərarı ilə yaradılmışdır. O, RK(b)P-nin Qafqaz Diyar Komitəsini əvəz etdi, baxmayaraq ki, Qafqaz Bürosunun yaradılması heç də Qafqaz Diyar Komitəsinin ləğvi demək deyildi. Qafqaz Diyar Komitəsinin Qafqaz Bürosu ilə əvəzlənməsi sonradan baş verdi. Sənədlər göstərir ki, aprelin 8-dən sonra Qafqaz Diyar Komitəsi Qafqaz Bürosu ilə paralel olaraq Qafqaz partiya təşkilatlarına rəhbərlik etməkdə fəaliyyətini davam etdirmişdir. Qafqaz Diyar Komitəsi RK(b)P MK-nin qərarı ilə mayın 20-də fəaliyyətini dayandırdığını elan etdi. Komitənin qərarı mayın 25-də RK(b)P MK Siyasi Bürosu tərəfindən təsdiq edildi.
Yerli partiya təşkilatlarının regional idarəetmə orqanı olan Qafqaz Diyar Komitəsindən fərqli olaraq, Qafqaz Bürosu ümum-Rusiya partiya mərkəzinin regional səlahiyyətli orqanı idi. Onun fəaliyyətinə RK(b)P MK və şəxsən Lenin rəhbərlik edirdi. Qriqori Orconikidze Qafqaz Bürosunun sədri, Sergey Kirov isə onun müavini təyin edildi. 1920-ci ilin iyununda Qafqaz Bürosunun tərkibində iki üçlük yaradıldı: Orconikidzenin başçılıq etdiyi Bakı və Aleksandr Beloborodovun rəhbərlik etdiyi Armavir (oktyabrdan sonra Rostov). Üçlüklər Don və Şimali Qafqazın partiya təşkilatlarına rəhbərlik edirdilər.
Oktyabrda Leninin sədrliyi ilə RK(b)P Mərkəzi Komitəsinin Siyasi Bürosu "Şərq xalqlarının məskunlaşdığı ərazilərdə RK(b)P-nin vəzifələri haqqında" məsələni müzakirə etdi. Layihəsi Lenin tərəfindən yazılmış qərar qəbul edildi: "Hələ muxtar qurumlara malik olmayan şərq millətləri üçün konkret şəraitə uyğun formalarda muxtariyyətin həyata keçirilməsi zəruri hesab edilsin". Oktyabrın 27-də Vladiqafqazda Qafqaz Bürosunun plenumu "dağ muxtariyyəti" məsələsini müzakirə etdi. RK(b)P MK Siyasi Bürosunun bu qərarı əsasında Qafqaz Bürosunun plenumu "Başqırd Sovet Respublikası tipli Terek və Dağıstan dağ sovet respublikalarının vaxtında yaradılmasını" nəzərdən keçirdi.
1922-ci ilin fevralında keçirilən Zaqafqaziya Kommunist Təşkilatlarının I qurultayında Qafqaz Bürosu RK(b)P-nin seçilmiş Zaqafqaziya Vilayət Komitəsi (Zakkraikom) ilə əvəz olundu.
Qarabağ Qafbüronun qərarlarından biri Azərbaycan–Ermənistan arasında mübahisəli olan bölgə Qarabağla bağlı idi. Çar hakimiyyəti dövründə ərazi Bakıdan idarə olunurdu. Lakin Rusiya inqilabından sonra baş verən etnik münaqişələr fonunda Qarabağ erməniləri Ermənistana ilhaq etmək istəyirdilər. Bunun qarşısı əvvəlcə Osmanlı imperiyasının, onun süqutundan sonra isə ingilislərin müdaxiləsi ilə alındı. Əvvəlcə 1920-ci ilin aprelində yaradılmış Azərbaycan SSR Qarabağın Ermənistanın bir hissəsi olacağına söz verdi. Bu, 1920-ci il iyulun 3-də Qafbüro tərəfindən təsdiq edildi, ancaq iki gün sonra "müsəlmanlar və ermənilər arasında milli harmoniyanın zəruriliyi, yuxarı və aşağı Qarabağ arasında iqtisadi əlaqə və onun Azərbaycanla daimi əlaqələri nəzərə alınaraq" dəyişdirildi. Bəzi erməni tarixçiləri bunu Stalinin və Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun işə qarışması ilə əlaqələndirirlər. Ermənistan Kommunist Partiyasının etirazlarına baxmayaraq, bu mövqe dəyişdirilmədi. Aleksandr Myasnikyan Qafbüro görüşünü belə təsvir edib:
Mətbuat orqanı 1920-ci ilin aprel-sentyabr aylarında Qafqaz Bürosunun mətbuat orqanı "Sovet Qafqazı" qəzeti, oktyabr ayından isə "Sovet cənubu" olmuşdur. 1920–1922-ci illərdə "RK(b)P MK Qafqaz Bürosunun İzvestiyası" jurnalı nəşr olunurdu.
Üzvləri Adı(həyatı) ŞəkliDövrüPartiyaya qoşulma tarixi Milliyyəti Partiyadakı mövqeyi Digər vəzifələri <center>Aleksandr Beloborodov<small>(1891–1938) <center>106px<center>may 1920<center>mart 1921<center>1907–1927və 1930–1936-cı illərdə partiya üzvü idi<center> rus<center>RK(b)P Mərkəzi Komitəsinin üzvlüyünə namizəd<center>Qafqaz Fəhlə Ordusu İnqilabi Hərbi Şurasının sədri <center>Sergey Kirov<small>(1886–1934) <center>106px<center><center><center>1904<center> rus<center><center><center>Filipp Maxaradze<small>(1868–1941) <center>106px<center>1920<center>?<center> 1903<center>gürcü<center><center>Polikarp Mdivani<small>(1877–1937) <center>106px<center>1920<center>1921<center> 1903<center>gürcü<center>Gürcüstan Kommunist Partiyasının (b) sədri<center>Bakı İnqilab Komitəsi Rəyasət Heyətinin üzvüRSFSR Xalq Xarici Ticarət Komissarlığının Bakıdakı komissarıFars Qırmızı Ordusu İnqilabi Hərbi Şurasının üzvü<center>Amayak Nazaretyan<small>(1889–1937) <center>110px<center>25 may 192022 avqust 1921<center> 21 mart 192118 fevral 1922<center> 1905<center>erməni<center><center><small><center>Nəriman Nərimanov<small>(1870–1925)106px<center><center><center> <center>1905<center> azərbaycanlı<center> <center>Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri (27. aprel 1920 tarixindən)Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (28. aprel 1920 tarixindən)Azərbaycan SSR Xalq Xarici İşlər Komissarı (28. aprel 1920 tarixindən)<center>Mamiya Oraxelaşvili<small>(1881–1937) <center>106px<center>noyabr 1920<center>11 avqust 1921<center> 1903<center>gürcü<center>Gürcüstan KP (b) MK Rəyasət Heyətinin sədri <center>Serqo Orconikidze<small>(1886–1937) <center>106px<center><center><center>1903<center> gürcü<center><center><center>Yan Poluyan<small>(1891–1937) <center>108px<center>iyun 1920<center>mart 1921<center> 1912<center>ukraynalı<center><center>Kuban-Qara dəniz Regional İnqilab Komitəsinin sədri<center>İvar Smilqa<small>(1892–1937) <center>106px<center><center><center> 1907–1927və 1930<center>latış<center><center>Yelena Stasova<small>(1873–1966) <center>106px<center>?<center>1921<center> 1898(şəxsi fikrə görə)<center>rus<center>AKP (b) MK Rəyasət Heyətinin sədri<center>Yuri Fiqatner<small>(1889–1937) <center><center>dekabr 1920<center>yanvar 1922<center> 1903<center>yəhudi<center><center>ÜHİMŞ Qafqaz Bürosunun sədri<center>Aleksandr Şotman<small>(1880–1937) <center>106px<center>1920<center>21 mart 1921<center> 1899<center>ingermanlandlı<center><center>
Həmçinin bax Qafqaz Diyar Komitəsi
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Nəriman Nərimanov Rusiya K(b)P MK-nin Qafqaz Bürosunda ermənilərin Dağlıq Qarabağ manipulyasiyasının qarşısını necə aldı.. Kateqoriya:1920-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Qarabağ tarixi