Aran (əvvəlki adı: 28 Aprel,St.Mingəçevir) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Yevlax rayonunun 28 Aprel qəsəbəsi Aran qəsəbəsi adlandırılmışdır.

Tarixi Qəsəbə 1935-ci ildə qurulub. Yevlax rayonunun ən böyük yaşayış məntəqəsidir. Aran qəsəbəsi sovet vaxtlarında maldarlıqla ad göstərib.1946 ci ildə Şəhər tipli Qəsəbə statusu qazanıb

Əhali Aran qəsəbəsində nəfər 6583 yaşayır. Onlardan 3,237 kişi, 3,346 qadındır.

1959 1970 1979 1989 2011 2965 1522 2335 3369 7987

Mədəniyyət Qəsəbədə Seyid Maral Seyid Bayram qızının ziyarətgahı vardır.

Təhsil Aran qəsəbəsi Yevlax rayonunun ən böyük qəsəbəsidir və iki hissədən ibarətdir: Aran 1 və Aran 2, Aran qəsəbəsində 2 tam orta məktəb və 1 ümumi tam ora məktəb var 1-№-li ümumi tam orta məktəb Aran-1 ərazisində yerləşirə, 2-№-li orta məktəb isə Aran-2 ərazisində yerləşir.

Tanınmış Şəxslər Kosayev İsrafil Mahmud oğlu Qazax rayonunun Cəfərli kəndində 1918 ci ildə anadan olmuşdur. Ədəbiyyat fakültəsini birinciliklə bitirmiş və Aran qəsəbəsinə köc etmişdir. Burada əhali arasında hörmət qazanmış və 40 ildən çox məktəbdə müdir vəzifəsində işləmişdir.

İstinadlar

Kateqoriya:Yevlax rayonunun qəsəbələri