Qreta Selesta Qerviq () — amerikalı aktrisa, ssenarist və rejissor. İstehsal etdiyi müstəqil filmlərlə tanınıb. Time jurnalı onu 2018-ci ilin "ən nüfuzlu 100 insanı" siyahısında göstərib. Onun rejissoru olduğu "Balaca qadınlar" və "Parəbüzən" filmləri "Oskar" mükafatına namizəd göstərilib. Qerviqin 2023-cü ildə çəkdiyi "Barbi" filmi dünya miqyasında 1 milyard dollardan çox gəlir əldə etmişdir.
Qerviq ilk olaraq karyerasına Co Svanberq ilə "Hannah Takes the Stairs" və "Nights and Weekends" kimi filmlərdə əməkdaşlıq edərək başlamışdır. O, partneri Noa Baumbax ilə bir sıra filmdə birlikdə çalışıb. Bunlara "Greenberg", ona "Qızıl Qlobus" mükafatı nominasiyası qazandıran "Frensis Ha", "Mistress America" və "White Noise" daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Kaliforniya ssenaristləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ qadınları