Nimrod Aloni (; ) — İsrail Silahlı Qüvvələrinə mənsub General-mayor, yəhudi əsilli hərbçi. 1991-ci ildən etibarən ölkəsinin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən Aloni orduda bir sıra mühüm vəzifələrdə çalışıb. Dərinlik Korpusunun komandiri kimi bir necə il xidmət etdikdən sonra, 143-cü "Qəzza" diviziyasının komandiri təyin edilib və Ramallah bölgəsində ordu tərəfindən icra edilmiş hərbi əməliyyatlara rəhbərlik edib.

2023-cü ilin 7 oktyabr tarixində başlamış Qəzzə–İsrail münaqişəsi zamanı Həmas qruplaşmasının mənsubları tərəfindən əsir götürülüb. Alonini fələstinli döyüşçülər tərəfindən saxlanıldığını və harasa aparıldığını əks etdirən foto şəkillərin mediada yayılmasına baxmayaraq, sözügedən hadisə İsrail Silahlı Qüvvələri tərəfindən rəsmən təsdiqlənməyib.

8 oktyabr 2023-cü ildə Aloni-nin digər İsrail hərbi rəsmiləri ilə danışdığını göstərən video paylaşıldıqdan sonra bu iddia yalan kimi qiymətləndirildi.

Həyatı Nimrod Aloni 1973-cü ilin 12 iyul tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Ailəsi şəhərin kənarında yerləşən Eyn-Kərəm kəndində yaşayıblar. 1991-ci ilin noyabr ayında 35-ci Paraşütçülər Briqadasında könüllü olaraq xidmətə başlayıb və beləliklə İsrail Silahlı Qüvvələrində ilk addımlarını atmağa başlayıb. Burada piyada komandirləri üçün nəzərdə tutulan kursu bitirdikdən sonra rota komandiri kimi xidmətə başlayıb.

2022-ci ilin iyun ayına qədər Mərkəzi Komandanlığında general-mayor rütbəsi ilə xidmətə başlamazdan əvvəl müxtəlif komandirlik vəzifələrində xidmətinə davam edib. 2017-ci ildə Dərinlik Korpusunun qərargah rəisi, 2019-cu ilin iyulunda isə 143-cü "Qəzza" diviziyasının komandiri təyin edilib.

2023-cü ilin 16 iyul tarixində Dərinlik Korpusunun keçmiş komandiri general-mayor İtai Veruvun yerinə bu vəzifəyə təyinat alıb və xidmətinə burada davam edib.

İstinadlar

Kateqoriya:Həmas–İsrail müharibəsi (2023) iştirakçıları