Ermənilərin Azərbaycanın dinc əhalisinə hücumları
1988 (6 ölü) 15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı yaşayış məntəqəsində X. İsmayılovanın evi partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir. 1988-ci ilin yayında Xankəndi şəhərində uşaq xəstəxanasında rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşı tərəfindən xəstəxananın həyətində döyülmüş, nəticədə həyatını itirmişdir. iyul 1988-ci ildə Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə əl qumbarası atılması nəticəsində 2 partlayış hadisəsi baş vermiş, nəticədə 2 nəfər həyatını itirmişdir.
1989 (12 ölü və 7 yaralı) 28 iyun 1989-cu ildə Xocalı rayonunun Bədərə yaşayış məntəqəsindən eyni rayonun Meşəli yaşayış məntəqəsinə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğu işə düşmüş, nəticəsində maşında olan 6 nəfər ağır yaralanmışlar. 16 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 2 nəfər evə qayıdan zaman hücuma məruz qalmış, nəticədə 2-sidə qətlə yetirilmişdir. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə yaşayış məntəqəsi yaxınlığında 2 nəfər — Q. Bayramov və İ. Qafarov qətlə yetirilmişdir. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas yaşayış məntəqəsi yaxınlığında 1 nəfər — Babaşov qətlə yetirilmiş, azyaşlı X. Əliyev isə yaralanmışdır. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsində IX sinif şagirdi T. Süleymanov qətlə yetirilmişdir. 24 noyabr 1989-cu ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmişdir. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda 3 nəfər — Q. Ələsgərov, T. Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.
1990 (28 ölü və 8 yaralı) 9 yanvar 1990-cı ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində N. Nərimanov adına Kolxozun sədri S. Bayramov qətlə yetirilmişdir. 31 yanvar 1990-cı ildə Gədəbəy rayonuda 6 nəfər — A. Cəmilov, M. Vəliyev, A. Zeynalov, A. Qurbanov, İ. Hüseynov, F. Niftəliyev qətlə yetirilmişlər. 8 mart 1990-cı ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində Vərəndəli fermasında 2 nəfər qətlə yetirilmişdir. 4 mart 1990-cı ildə Qazax rayonunun Bağanis Ayrım yaşayış məntəqəsində qətliam törədilmiş — 13 ev partladılmış, nəticədə 7 nəfər diri-diri yanaraq həyatını itirmişdir, 2 nəfər isə ağır yaralanmışdır. 24 mart 1990-cı ildə Bakı şəhərindən Qazax rayonunun Bağanis Ayrım yaşayış məntəqəsində qonaq getmiş, əslən Qazax rayonu Çaylı qəbəsədindən olan 3 nəfər qətlə yetirilmişdir. 28 mart 1990-cı ildə Babək rayonunun Gərməçataq yaşayış məntəqəsində bir neçə ev yandırılmış, mal-qara aparılmış, Azərbaycan KP VPK-nin dövlət hüquq şöbəsinin sədri V. Zeynalov qətlə yetirilmişdir. 29 mart 1990-cı ildə Tovuz rayonunun Əlibəyli yaşayış məntəqəsinə hücum nəticəsində 3 nəfər yaralanmışdır. 9 aprel 1990-cı ildə Qubadlı rayonunun Çayzəmi yaşayış məntəqəsində 96–92 AQD dövlət nömrə nişanlı "UAZ-462" avtomobili partladılmış, nəticədə 1 nəfər Ş. Həsənov — həyatını itirmiş, 2 nəfər — N. Mehdiyev və T. Eyvazov yaralanmışdır. 21 iyun 1990-cı ildə Laçın rayonunda "Seyidlər" adlanan örüş sahəsində Səlimov Kamal Bəşir oğlu və 14 yaşlı oğlu Elçin Kamal oğlu Səlimov qətlə yetirilmişdir. 26 iyun 1990-cı ildə Gədəbəy rayonunun Göyəli adlanan ərazisində 3 nəfər — Nuriyev, Nağıyev və Orucov qətlə yetirilmişdir. 8 avqust 1990-cı ildə Laçın rayonunun ərazisində "QAZ-53" avtomaşını partladılmış, nəticədə 2 nəfər həyatını itirmişdir, 1 nəfər isə ağır yaralanmışdır.
1991 (255 ölü və 221 yaralı) 9 yanvar 1991-ci il Azərbaycan gəncliyi qazetinin müxbiri S. Əsgərova və hərbi qulluqçular — S. Larionov, İ. İvanov və İ. Qoyexinin olduğu avtomobil Laçın-Şuşa yolunda erməni terrorçuları tərəfindən atəşə tutulmuş, nəticədə sərnişinlərin 4-ü də qətlə yetirilmişdir. 9 yanvar 1991-ci ildə Xankəndi şəhərində A. Baqmanyan və A. Antonyan tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəisi general-mayor Vladimir Kovalyovun həyatına sui-qəsd edilmişdir. 27 yanvar 1991-ci ildə Xanlar rayonunun Dozular yaşayış məntəqəsi yaxınlığında S 25–10 AQ dövlət nömrəli "VAZ-2106" avtomaşını və 59–07 AQN dövlət nömrəli "QAZ-52" avtomaşını partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir, 2 nəfər isə ağır yaralanmışdır. 20 fevral 1991-ci ildə Xanlar rayonunun Dozular yaşayış məntəqəsi yaxınlığında 27–29 AQD dövlət nömrəli "UAZ-469" avtomaşını partladılmış, nəticədə sovxoz sədri Q. Musayev və sürücü D. İmanov həyatını itirmişdir. 24 fevral 1991-ci ildə Xankəndi şəhəri yaxınlığında Şuşadan Ağdam rayonuna gedən dövlət nömrəli "PAZ-3205" avtobusu partladılmış, nəticədə 7 nəfər ağır yaralanmışdır. 7 aprel 1991-ci ildə Qubadlı rayonunun Yuxarı Cibili yaşayış məntəqəsində Hərbi Komendantın müavini və daha 2 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır isə yaralanmışdır. 6 aprel 1991-ci ildə Ağdamdan Füzuli rayonuna gedən 93–69 AQV dövlət nömrəli "MOSKVİÇ-412" avtomaşı Xocavənd rayonu ərazisində partladılmış, nəticədə 2 nəfər həyatını itirmiş və 2 nəfər ağır yaralanmışdır. 16 aprel 1991-ci ildə Goranboy rayonunun Zeyvə yaşayış məntəqəsinin otlaq sahəsində 2 nəfər sovxoz fəhlələri qətlə yetirilmişdir. 18 aprel 1991-ci ildə Füzuli rayonunun Aşağı Divanalılar yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmiş, 2 nəfər isə ağır yaralanmışdır. 18 aprel 1991-ci ildə Xocavənd rayonunda 3 nəfər qətlə yetirmişdir. 20 aprel 1991-ci ildə Goranboy rayonunun Gürzallar yaşayış məntəqəsində 1 nəfər milis işçisi qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır. 28 aprel 1991-ci ildə Naxçıvan MR Şərur rayonunun Sədərək qəsəbəsində partlayış nəticəsində 14 nəfər ağır yaralanmışdır. 29 aprel 1991-ci ildə Qazax rayonunda 3 nəfər ağır yaralanmışdır. 1991-ci il iyunun 28-dən 29-na ötən gecə terrorçu qrup tərəfindən Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsinə silahlı basqın olmuşdur, 6 nəfər qətlə yetirilmişdir. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru Xomiç qətlə yetirilmişdir. 1 may 1991-ci ildə Hadrut rayonunda "UAZ-469" maşını partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir. 2 may 1991-ci ildə Füzuli rayonundan Hadrut rayonunun Tuğ yaşayış məntəqəsinə gedən 30–78 AQD dövlət nömrə nişanlı "UAZ-469" avtomaşın partladılmış, nəticədə 1 nəfər ağır yaralanmışdır. 2 may 1991-ci ildə Ağdam rayonunun Gülablı yaşayış məntəqəsində 1 nəfər qətlə yetirilmişdir. 3 may 1991-ci ildə Qazax rayonunda 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır. 15 may 1991-ci ildə Kəlbəcər rayonunun Yelican yaşayış məntəqəsi yaxınlığında 1 nəfər qətlə yetirilmişdir. may 1991-ci ildə Laçın rayonunun Ermənistanla həmsərhəd olan Sadınlar yaşayış məntəqəsində yerləşən mühafizə postunda Laçın Rayon Daxili İşlər Şöbəsinin 4 nəfər milis işçiləri qətlə yetirilmişdir. may 1991-ci ildə Hadrut rayonunun Dolanlar yaşayış məntəqəsində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır isə yaralanmışdır. 3 may 1991-ci ildə Hadrut rayonunun Yuxarı Fərəcli yaşayış məntəqəsi yaxınlığında yerləşən mühafizə postunda 1 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır. 23 may 1991-ci ildə Hadrut rayonunun Arpagədi yaşayış məntəqəsi yaxınlığında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 5460 saylı hərbi hissəsinin hərbi qulluqçusu qətlə yetirilmişdir. 26 may 1991-ci ildə Ağdərə rayonunun Umudlu yaşayış məntəqəsində 1 nəfər qətlə yetirilmişdir. 2 iyun 1991-ci ildə Qubadlı rayonunun Yuxarı Cibili yaşayış məntəqəsində 1 nəfər hərbi qulluqçu qətlə yetirilmişdir. 9 iyun 1991-ci ildə Tərtər rayonunun Qapanlı yaşayış məntəqəsində 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır. 19 iyun 1991-ci ildə "Yevlax-Laçın" avtomobil yolunda 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" avtomaşını partladılmış, 1 nəfər həyatını itirmiş, 2 nəfər isə ağır yaralanmışdır. 22 iyun 1991-ci ildə Ağdərə rayonunun Baş Göytəpə yaşayış məntəqəsi yaxınlığında 1 nəfər qətlə yetirilmişdir. 25 iyun 1991-ci ildə Ağdərə rayonunun Vaqbaş yaşayış məntəqəsi 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir. 26 iyun 1991-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd yaşayış məntəqəsində 2 nəfər qətlə yetirilmişdir. 26 iyun 1991-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd yaşayış məntəqəsində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər isə ağır yaralanmışdır. 28 iyun 1991-ci ildə Xocavənd rayonunun Kəndxurd yaşayış məntəqəsində 6 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, 3 nəfər isə ağır yaralanmışdır. 3 iyul 1991-ci ildə Ağdərə rayonunun Umudlu yaşayış məntəqəsində 1 nəfər qətlə yetirilmişdir. 6 iyul 1991-ci ildə Goranboy rayonunun Ergeç, Monaşit və Buzluq yaşayış məntəqələrində 3 milis işçisi qətlə yetirilmiş, 12 nəfər ağır yaralanmışdır. 7 iyul 1991-ci ildə Ağdərə rayonunun Sırxavənd yaşayış məntəqəsi yaxınlığında, Ulbab adlanan ərazidə 4 nəfər qətlə yetirilmişdir. 17 iyul 1991-ci ildə Kəlbəcər rayonunun Xanımdərəsi və Uzungöl yaşayış məntəqələrində 2 nəfər qətlə yetirilmiş, 1 nəfər isə ağır yaralanmışdır. 20 iyul 1991-ci ildə Goranboy rayonunun Todan yaşayış məntəqələrində 2 nəfər qətlə yetirilmiş, 8 nəfər isə ağır yaralanmışdır. 21 iyul 1991-ci ildə Laçın rayonunu Əriməz yaylağında 9 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 3 nəfər isə ağır yaralanmışdır. 23 iyul 1991-ci ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsi yaxınlığında Tuğ Milis bölməsinin 1 nəfər işçisi və 1 nəfər yerli şəxs qətlə yetirilmişdir. 30 iyul 1991-ci ildə Hadrut rayonunun Zəncur yaşayış məntəqəsində 2 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişlər. 31 iyul 1991-ci ildə Ağdərə rayonunun Drombon yaşayış məntəqəsi yaxınlığında avtomobil yolu partladılmış, SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 5 nəfər hərbi qulluqçusu ağır yaralanmışdır. 2 avqust 1991-ci ildə Hadrut rayonunun Dolanlar yaşayış məntəqəsində "QAZ-53" avtomaşını partladılmış, nəticədə 3 nəfər həyatını itirmiş, 5 nəfər isə ağır yaralanmışdır. 10 avqust 1991-ci ildə Naxçıvan MR Culfa rayonunun Lagetdağ yaşayış məntəqəsində 1 nəfər qətlə yetirilmişdir. 12 avqust 1991-ci ildə Kəlbəcər rayonunun Sarıyel adlanan otlaq sahəsində 1 nəfər qətlə yetirilmiş, 2 nəfər isə yaralanmışdır. 21 avqust 1991-ci ildə Hadrut rayonunun Şadaxt yaşayış məntəqəsi yaxınlığında milis işçilərini aparan 70–30 AQO dövlət nömrə nişanlı "KAMAZ" avtobusu partladılmış, nəticədə 1 sürücü həyatını itirmiş, 5 nəfər ağır bədən xəsarəti almışdır. 23 avqust 1991-ci ildə Əsgəran rayonunun Cəmilli yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmiş, 14 nəfər isə ağır yaralanmışdır. 29 avqust 1991-ci ildə Goranboy rayonunun Şəfəq yaşayış məntəqəsində 1 nəfər qətlə yetirilmişdir. 7 sentyabr 1991-ci ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsində 2 nəfər qətlə yetirilmişdir. 7 sentyabr 1991-ci ildə Qazax rayonunun Bağanis Ayrım yaşayış məntəqəsində 1 nəfər ağır yaralamışdır. 9 sentyabr 1991-ci ildə Qazax rayonunun Barxudarlı yaşayış məntəqəsində Dəmir yol stansiyasında 1 nəfər ağır yaralanmışdır. 10 sentyabr 1991-ci ildə Xocalı şəhərində 2 nəfər qətlə yetirilmiş, 5 nəfər isə ağır yaralanmışdır. 14 sentyabr 1991-ci ildə Hadrut rayonunun Zəmzur yaşayış məntəqəsi yaxınlığında "UAZ" avtomaşını partladılmış, nəticədə 2 nəfər həyatını itirmiş, 1 nəfər isə ağır yaralanmışdır. 14 sentyabr 1991-ci ildə Goranboy rayonunun Buzluq və Başqışlaq yaşayış məntəqələrində 6 nəfər qətlə yetirilmiş, 4 nəfər isə ağır yaralanmışdır. 14 sentyabr 1991-ci ildə Ordubad rayonunun Qaranquş adlanan ərazisində 2 şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. 17 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq yaşayış məntəqəsi yaxınlığında "Rus Borisi" Kolxozuna məxsus "MAZ" avtomaşınə partladılmış, nəticədə 1 nəfər həyatını itirmişdir. 17 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq və Zeyvə yaşayış məntəqələrində 2 nəfər qətlə yetirilmişdir. 18 sentyabr 1991-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd yaşayış məntəqəsində 1 nəfər qətlə yetirilmişdir. 18 sentyabr 1991-ci ildə Ağdərə rayonunun Mesşen yaşayış məntəqəsi yaxınlığında "ZİL-131" avtomaşını partladılmış, nəticədə 1 nəfər həyatını itirmiş və 1 nəfər ağır yaralanmışdır.