Ankara Dəmirspor — 16 mart 1932-ci ildə təsis edilmiş və 29 oktyabr 1932-ci ildə təsis edilməsi rəsmi olaraq təsdiqlənmiş türk futbol klubudur. Klubun əsas rəngləri qırmızı-yaşıl idi və bu gün qəbul edilən rənglər ağ-tünd mavidir. Klub Ankarada MKE Ankaragücü və Gənclərbirliyindən sonra qurulan 3-cü klubdur. Yarandığı zaman qırmızı-yaşıl forma olan Ankara Dəmirspor 1933-cü ildə Çankaya komandası ilə birləşdi və formanın rəngi mavi-tünd göyə çevrildi. Uzun müddət ev matçlarını Cebeci İnönü Stadionunda keçirdikdən sonra 2015–16 mövsümündən etibarən Behiçbeydəki klub obyektlərində inşa edilən TCDD Ankara Dəmirspor Stadionunda oynamağa başladı. Kateqoriya:1930-cu ildə Türkiyədə yarananlar