Veliçko Çolakov () — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet.
Karyerası Karyerasının birinci uğuruna Veliçko Çolakov 2002-ci ildə gənclər arasında Dünya və Avropa Çempionatlarının qalibi olmaqla imza atdı.
2003-cü ildə Veliçko Çolakov Kanadada baş tutan Dünya Çempionatında gümüş medalla başa vurdu.
2004-cü ilin mayında Veliçko Çolakov Kiyev şəhərində baş tutan Avropa Çempionatının qalibi oldu. Həmin avqustunda Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında isə Veliçko Çolakov 447.5-lıq (207.5 + 240.0) nəticə göstərdi və olimpiadanın bürünc medalına sahib oldu.
Olimpiadadan sonra Veliçko Çolakov 2006-cı ildə Polşada baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu.
2008-ci ildə Veliçko Çolakov və digər bolqar idmançılarından götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə məlumat verildi. Bununla da Bolqarıstan ağır atletləri 2008-ci il olimpiadasında mübarizə aparmadı.
Bir müddət beynəlxalq turnirlərdə çıxış eləməyən Veliçko Çolakov daha sonra bir neçə bolqar ağır atletləri ilə birgə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Veliçko Çolakov 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil eləməli olsa da, son anda zədə səbəbilə olimpiada da mübarizə aparmadı.
Veliçko Çolakov 20 avqust 2017-ci ildə 35 yaşında ürəyində olan problemlərə görə vəfat etdi.
İstinadlar
Kateqoriya:Bolqarıstanın kişi ağır atletləri Kateqoriya:Bolqarıstanın olimpiya ağır atletləri Kateqoriya:Azərbaycanın kişi ağır atletləri Kateqoriya:Azərbaycanın olimpiya ağır atletləri Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2004 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:Ağır atletika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Ağır atletika üzrə Avropa çempionları Kateqoriya:Ağır atletika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanda legioner Bolqarıstan idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları