Amankənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Amankənd kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Toponimikada bu yaşayış məntəqəsinin adını Qarabağın otuzikilər tayfasının amanlı tirəsinin adı ilə bağlayırlar. Oykonim "amanlı tirəsinə məxsus kənd" deməkdir. Etnotoponimdir.
Tarixi
Tarixi abidələri Amankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi867Ceyrantəpə kurqanı Dəmir dövrüAmankənd kəndiArxeolojiÖlkə868Canavarçıxantəpə kurqanı Tunc dövrüAmankənd kəndiArxeolojiÖlkə
Coğrafiyası və iqlimi Kənd Muğan düzündə, rayonun cənub istiqamətində yerləşir. Dərvişli, Ağalıkənd və Ovçubərə kəndləri ilə sərhəddir.
31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992946130916372009↗3521↗1755↗1766
Tanınmış şəxsləri Ağayar Şükürov — fəlsəfə elmləri doktoru, professor.
İqtisadiyyatı Kənddə 810 təsərrüfat var.
Mədəniyyəti Kənddə Amankənd kitabxana filialı, Amankənd Mədəniyyət Evi, Amankənd Poçt Agentliyi və Amankənd EATS fəaliyyət göstərir.
Təhsil Kənddə Amankənd tam orta məktəbi və Amankənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Bundan başqa kənddə Amankənd uşaq bağçası fəaliyyətdədir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Amankənd həkim məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Amankənd kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri