Zurab Çiaberaşvili (; ) — Gürcüstan siyasətçisi və diplomatı. Kaxeti mxaresinin qubernatoru vəzifəsində çalışdıqdan sonra son vaxtlar hazırda müxalif "Avropa Gürcüstanı — Azadlıq Hərəkatı" partiyasında aparıcı fiqurdur.

Akademiyada və qeyri-hökumət sektorunda təcrübəyə malik olan Çiaberaşvili 2003-cü ildə Gürcüstanda baş vermiş Qızılgül inqilabından sonra hökumət sıralarına qoşulmuşdur. O, 2003–2004-cü illərdə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri, daha sonra 2004–2005-ci illərdə Tbilisi meri vəzifələrində çalışmışdır. Çiaberaşvili 2005–2010-cu illərdə Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi, İsveçrə və Lixtenşteyndəki səfiri, 2010–2012-ci illərdə BMT-nin Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndə olmuşdur.Ministry of Foreign Affairs of Georgia. Ambassador Zurab Tchiaberashvili. 2012–03-15. URL:http://switzerland.mfa.gov.ge/index.php?sec_id=499&lang_id=ENG . Accessed: 2012–03-15. (Archived by WebCite®). O, 20 mart 2012-ci ildənHealthcare Minister Replaced . Civil Georgia. March 15, 2012.Cabinet with New Healthcare Minister Wins Confidence Vote . Civil Georgia. March 20, 2012. 25 oktyabr 2012-ci ilə qədər Gürcüstanın Səhiyyə, Əmək və Sosial Məsələlər Naziri vəzifəsində çalışmışdır.

Həyatı

Erkən illəri Zurab Çiaberaşvili 6 iyun 1972-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Tbilisi Dövlət Universitetinin Fəlsəfə və Sosiologiya fakültəsində (1989–1994, bakalavr dərəcəsi) və Gürcüstan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda (1994–1997, magistr dərəcəsi) təhsil almış, Tbilisi Dövlət Universitetinin fəlsəfə fakültəsindən (1999) fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. Açıq Cəmiyyət İnstitutunun Fakültənin inkişafı üzrə təqaüdçüsü kimi iki yaz semestrini (2002-ci və 2003-cü illər) ABŞ-nin Nyu-York şəhərində yerləşən Nyu-Skul Universitetinin Siyasi və Sosial Elmlər Fakültəsinin Demokratik Araşdırmalar üzrə Transregional Mərkəzində keçirmişdir. 2009-cu ildə ABŞ-nin Evanston şəhərində Nortvestern Universitetinin Menecment üzrə Kelloq Məktəbi ilə birgə icraçı MBA proqramını və Almaniyanın Fallendar şəhərində Otto Bayshaym Menecment Məktəbi proqramını bitirmişdir.

Karyerası Zurab Çiaberaşvilinin karyerası 1990-cı illərdə Gürcüstanın gündəlik "Rezonans" qəzetində müxbir, sonra isə xəbər redaktoru kimi başlamışdır. O, həmin vaxt həm də Tbilisi Dövlət Universitetinin fəlsəfə və sosiologiya fakültəsində dərs deyirdi. Çiaberaşvili 1997-ci ildə Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin (ISFED) seçkilərə nəzarət təşkilatına qoşularaq vətəndaş cəmiyyətində fəal olmağa başlamış, 2002-ci ildə oranın icraçı direktoru olmuşdur.

Çiaberaşvili 2 noyabr 2003-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərini saxtakarlıqla pisləyən müşahidəçilər arasında idi.Wheatley, Jonathan (2005), Georgia from National Awakening to Rose Revolution, pp. 195, 205. Ashgate Publishing, Ltd., . Seçkilərdən sonra başlayan etirazlar 23 noyabr 2003-cü ildə "Qızılgül inqilabı" ilı Gürcüstanın o zamankı prezidenti Eduard Şevardnadzenin istefasına səbəb olmuşdur. Hakimiyyət dəyişikliyindən sonra Çiaberaşvili 2004-cü ildə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə məsul olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri olmuşdur.Q&A with Former Chairman of Central Election Commission . Civil Georgia. April 20, 2004. Accessed March 15, 2012.

Hökumətdə 19 aprel 2004-cü ildə Çiaberaşvili Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri olmuşdur. Bu, prezident Mixail Saakaşvili mer Vano Zodelavanı vəzifədən azad etdikdən sonra hələ də o vaxt təyin olunmuş ofis idi.Ex-CEC Chief Becomes Tbilisi Mayor . Civil Georgia. April 19, 2004. Accessed March 15, 2012. O, Tbilisinin şəhər infrastrukturu, o cümlədən su, kanalizasiya, elektrik və ictimai nəqliyyat sistemləri ilə bağlı problemlərin aradan qaldırılması üçün strateji planın yaradılmasına rəhbərlik etmişdir. İşlədiyi müddətdə Çiaberaşvili keçmiş QHT həmkarları tərəfindən Tbilisi hökumətinin mərkəzsizləşdirilməsi ilə bağlı ilkin planlarından döndüyünə görə tənqid edilmişdir.Erin Trouth Hofmann (2005), Urban Governance and Institution Building in Post-Rose Revolution Tbilisi . Kennan Institute. Accessed March 15, 2012.

16 sentyabr 2005-ci ildə Çiaberaşvili Gürcüstan parlamenti tərəfindən Gürcüstanın Avropa Şurasında daimi nümayəndəsi kimi təsdiq edilmişdir.Georgia's Envoy to CoE Appointed . Civil Georgia. September 16, 2005. Accessed March 15, 2012. 2008-ci ilin avqustunda Rusiya–Gürcüstan müharibəsindən sonra onun diplomatik fəaliyyəti artmışdır.CoE Ministerial Meeting Called over Georgia . Civil Georgia. September 4, 2008. Accessed March 15, 2012. 10 dekabr 2010-cu ildə Çiaberaşvili İsveçrə və Lixtenşteyndə səfir, BMT-nin Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndə kimi təsdiq edilmişdir. O, 2011-ci ildə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı İsveçrənin vasitəçiliyi ilə Rusiya–Gürcüstan danışıqlarında iştirak etmişdir.Georgian Ambassador on WTO Deal with Russia . Civil Georgia. December 8, 2011. Accessed March 15, 2012. 15 mart 2012-ci ildə Gürcüstanın Səhiyyə, Əmək və Sosial Məsələlər Naziri vəzifəsinə irəli sürülmüş, və 20 mart 2012-ci ildə Gürcüstan parlamenti tərəfindən təsdiq edilmişdir. 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra onu David Sergeyenko əvəz etmişdir.Ivanishvili Confirmed as Prime Minister . Civil Georgia. October 25, 2012. Çiaberaşvili əvəzində prezident Saakaşvili tərəfindən Gürcüstanın Kaxeti mxaresinin qubernatoru vəzifəsinə gətirilmişdir.Saakashvili Appoints Four New Governors . Civil Georgia. October 16, 2012 O, sonradan "Vahid Milli Hərəkat" partiyası ilə birlikdə aparıcı müxalifət siyasətçisinə çevrilmişdir.

Həbs edilməsi 21 may 2013-cü ildə Zurab Çiaberaşvili və Gürcüstanın keçmiş baş naziri, "Vahid Milli Hərəkat" Partiyasının baş katibi Vano Merabişvili 2012-ci ildə həyata keçirilən seçki kampaniyası zamanı partiya fəallarına 5,2 milyon lari məbləğində dövlət vəsaitinin xərclənməməsi iddiası ilə bağlı istintaqla bağlı həbs olunmuşdular. Bu, "Vahid Milli Hərəkat"ın İvanişvili hökumətinə qarşı irəli sürdüyü siyasi qisas ittihamlarına səbəb olmumşdur.Ex-PM Merabishvili, Ex-Healthcare Minister Tchiaberashvili Arrested . Civil Georgia. may 21, 2013.

17 fevral 2014-cü ildə Çiaberaşvili vəzifəsinə səhlənkarlıq etdiyi üçün 52 min lari məbləğində cərimə edilmişdir. Çiaberaşvilinin müdafiə qrupu hökmdən apellyasiya şikayəti vermişdir.Five-year sentence passed on former Georgian premier Merabishvili , Interfax-Ukraine (17 February 2014)

Şəxsi həyatı Çiaberaşvili Nino Lakvexeliani ilə evlidir. Onun övladı var: Giorgi və Mariam.Ministry of Foreign Affairs of Georgia. Ambassador Zurab Tchiaberashvili. 2012–03-15. URL:http://switzerland.mfa.gov.ge/index.php?sec_id=499&lang_id=ENG . Accessed: 2012–03-15. (Archived by WebCite®).

İstinadlar

Kateqoriya:Tbilisi merləri Kateqoriya:Gürcüstanın səhiyyə nazirləri