Moki sisterni () və ya Altımərmər çuxurbostanı ()Müller-Wiener, p. 279 — Konstantinopol şəhərində inşa edilmiş ən böyük Bizans açıq hava su anbarı.Janin, p. 205

Tarixi Konstantinopolun on ikinci bölgəsində yerləşən bu sisternin tikintisi imperator I Anastasinin (491 518) dövründə baş tutmuşdur.Janin, p. 205 Adı su anbarının cənub-qərb küncündə yerləşən müqəddəs Amfipollu Mokiyə həsr olunmuş mühüm kilsədən gəlmişdir.Mamboury (1953), p. 326 Şəhərin ilkin quru sərhədini təşkil edən Konstantin divarının bir qədər kənarında yerləşən sistern keçmiş və V əsrə aid Feodosiya divarları arasında ucaldılmış yeni məhəllələri su ilə təmin etmək üçün tikilmişdir.Janin (1964, p. 33 1453-cü il Osmanlı fəthindən sonra, təxminən 1540-cı ildə su anbarının boş olduğunu müşahidə edilmişdir. Osmanlı dövründə tikili tərəvəz bağçası kimi istifadə edilmiş, XX əsrin sonlarına qədər bu məqsədlə istifadə edilmişdir. 2014-cü ildən etibarən ərazi Fateh rayonu "Təhsil parkı" kimi istifadə olunur.Altun (2009), p. 142.

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Kateqoriya:Fatih (İstanbul)