Məhəmməd bin Zayed ibn Sultan Əl-Nəhayan (; ) — Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri (13 və 14 may 2022-ci il tarixlərindən). 2004-cü il dekabrın 8-dən Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının sədri. BƏƏ-nin qurucusu və prezidenti Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın üçüncü həyat yoldaşı Fatimə ibn Mübarək Əl Kətbidən olan üçüncü oğlu.
Əvvəllər o, böyük qardaşı, BƏƏ-nin keçmiş prezidenti Xəlifə ibn Zayed Əl Nəhayanın müşaviri olub. O, insult keçirəndə 2014-cü ildən bütün əsas qərarları qəbul edərək, Əbu-Dabi əmirliyinin və bütün Birləşmiş Ərəb Əmirliklərinin faktiki hökmdarı idi. 2019-cu ildə "The New York Times" onu dünyanın ən güclü ərəb hökmdarı və ən nüfuzlu adamlarından biri adlandırıb. "Time" jurnalına görə, o, 2019-cu ilin ən nüfuzlu 100 adamından biridir.
Kral İslam Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, Məhəmməd 2023-cü ildə dünyanın səkkizinci ən nüfuzlu müsəlmanı kimi tanınıb.
Həyatı 11 mart 1961-ci ildə o vaxtlar Atəşkəs dövlətləri adlanan ölkənin Əl-Əyn şəhərində anadan olub. O, Birləşmiş Ərəb Əmirliklərinin ilk prezidenti və Əbu-Dabinin hökmdarı Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın və onun üçüncü həyat yoldaşı Fatimə ibn Mübarək Əl Kətbinin üçüncü oğludur.
Onun qardaşları var: Xəlifə (BƏƏ-nin mərhum prezidenti), Sultan, Həmdan, Həzza, Səid, İsa, Nəhyan, Seyf, Təhnun, Mənsur, Fəlah, Diab, Ömər və Xalid (həmçinin iki mərhum qardaş: Nasir və Əhməd). Bundan əlavə, onun bir neçə bacısı var. Həmçinin beş kiçik qardaşı: Həmdan, Həzzə, Təhnun, Mənsur və Abdulla. Onlara "Bəni Fatimə" və ya Fatimənin oğulları deyirlər.
Təhsili 250px|thumb|right|Məhəmməd ibn Zayed və Corc Buş Kemp Deviddə 250px|thumb|right|Məhəmməd bin ZayedABŞ-ın müdafiə naziri Ceyms Mettis ilə Əbu-Dabidə. 2017-ci 250px|thumb|right|Məhəmməd bin ZayedBirləşmiş Ərəb Əmirliklərini NSS 2012-də təmsil edərkən 250px|thumb|right|Məhəmməd bin Zayedvə Hindistanın baş naziri Narendra Modi hindi nəşri ilə tanış olarkən 14 yaşında atası onu Mərakeşə oxumağa göndərir. Orada o, başqa bir ad altında yaşayırdı, buna görə də heç kim onun kral statusu haqqında bilmirdi. Yerli bir restoranda ofisiant işləyir və dolanırdı.
Şeyx Məhəmməd öz vətəni Əl-Əyn və Əbu-Dabi şəhərlərinin məktəblərində təhsil alıb, bundan sonra o, yayı Britaniya kral ailəsinin nəsillərinin yerləşdiyi Britaniya internat məktəbində Gordonstaunda keçirib.
Əmirliklərdə atası Məhəmmədi öyrətmək üçün Misir əsilli Müsəlman Qardaşlar təşkilatının üzvü Ezzedine İbrahim adlı islam alimini işə götürmüşdü.
O, doğma şəhəri Əl-Ayn və Əbu-Dabidəki məktəblərdə təhsil alıb, bundan sonra Sandherst Kral Hərbi Akademiyasında oxuyub. 1979-cu ildə oranı bitirib. Burada o, orada təhsil alan və 2019-cu ildə Malayziyanın Pahanq və Yanq di-Pertuan Aqonq sultanı olan Pahanq sultanının varisi Abdulla ilə yaxın dost olub.
Sandherstdə oxuyarkən o, əsas hərbi kursu, uçuş və paraşüt hazırlığını bitirmiş, döyüş təyyarələrini idarə etmiş və "Qazel" helikopterində təlim keçmişdir.
1980-ci illərdə gənc bir hərbi zabit olaraq Tanzaniyada tətildə olarkən Məhəmməd Masai xalqının adət-ənənələri və yoxsulluğunu gözləri ilə gördü. Geri qayıdan kimi atası ilə görüşdü. Atası Məhəmməddən bu bədbəxt insanlara necə kömək etdiyini soruşdu. Buna Məhəmməd cavab verdi ki, o insanlar müsəlman deyillər. Məhəmmədin dediyinə görə, atası onun əlindən tutub sərt şəkildə ona baxıb və sonra deyib: "Biz hamımız Allahın yaratdıqlarıyıq".
Daha sonra Məhəmməd BƏƏ-yə vətənə qayıdıb və Şarjada zabit hazırlığı kursunda iştirak edib. O, BƏƏ ordusunda Əmir Qvardiyasında (indi Prezident Qvardiyası adlanır) zabitdən BƏƏ Hərbi Hava Qüvvələrində pilota qədər bir sıra vəzifələrdə çalışıb.
Siyası fəaliyyəti 2003-cü ilin noyabrında atası Zayed ibn Sultan onu Əbu-Dabinin vəliəhd şahzadəsinin müavini təyin etdi. Atasının ölümündən sonra o, 2 noyabr 2004-cü ildə Əbu-Dabinin vəliəhdi oldu.
2004-cü ilin dekabr ayından o, həm də Əbu-Dabi əmirliyində planlaşdırma və şəhərsalma üzrə məsul olan Əbu-Dabi İcraiyyə Şurasının sədridir.
2010-cu ilin noyabrında BƏƏ-nin xarici işlər naziri Abdulla ibn Zayed Əl Nəhayan Kraliça II Elizabeti və Edinburq hersoqu Şahzadə Filipi BƏƏ-yə ikinci dövlət səfəri zamanı qarşılayıb. O, həmçinin səfərin əvvəlində Kraliça və Hersoqu Şeyx Zayed məscidini gəzərkən müşayiət edib.
BƏƏ prezidenti Xəlifə bin Zayed 2014-cü ildə insult keçirdikdən sonra o, bütün mühüm qərarları qəbul edərək, Əbu-Dabi əmirliyinin və bütün BƏƏ-nin faktiki hökmdarı oldu.
Məhəmməd bin Zayed Əl-Nəhyan BƏƏ xarici siyasətində həmişə aparıcı rol oynayıb. O, Yaxın Şərq və Şimali Afrika regionundan kənar ölkələrlə daha çox əlaqəni təşviq edib. Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə onu ekstremizmə qarşı mübarizə strategiyalarını müzakirə etmək və gələcək tərəfdaşlıq üçün ikitərəfli plan hazırlamaq üçün Parisə dəvət edib. Birgə bəyanatda təhsil, mədəniyyət, tarixi irs, iqtisadiyyat, sərmayə, enerji, kosmos, regionda sülh və təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq, ekstremizmə qarşı mübarizə və iqlim dəyişikliyi ilə bağlı məsələlər üzrə əməkdaşlığın və mübadilənin artırılması, habelə digər problemlər əksini tapıb.
2019-cu ildə Əbu-Dabinin Vəliəhdi Sinqapur-BƏƏ Hərtərəfli Tərəfdaşlıq Proqramının imzalanma mərasimində iştirak edib və bu müqavilə çərçivəsində hər iki ölkə biznes, maliyyə, investisiya, müdafiə, inkişaf və təhsil sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib. Tərəflər, həmçinin ətraf mühitin mühafizəsi və ağıllı istehlak sahəsində əməkdaşlığa razılaşdıqları üç anlaşma memorandumu imzalayıblar. Həmin il o, Əfqanıstana səfər edərək mədəniyyət, təhsil, idman, mədənçıxarma, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair bir neçə memorandum imzalayıb.
O, həmçinin dövlətin beynəlxalq aləmdə rolunun gücləndirilməsi üçün BƏƏ adından əhəmiyyətli maliyyə yardımları göstərib. 2018-ci ildə o, Efiopiyaya getib. Burada o, BƏƏ-dən Efiopiyaya valyuta kəsirini aradan qaldırmaq üçün 3 milyard ABŞ dolları məbləğində yardımın ilk tranşının sərbəst buraxılmasından əvvəl Baş nazir Abiy Əhməd Əli ilə görüşüb. Bundan əlavə, BƏƏ quraqlıq dövründə Somaliyə yardım edib.
2012-ci və 2014-cü illərdə müvafiq olaraq Cənubi Koreya və Hollandiyada təşkil olunan Nüvə Təhlükəsizliyi Sammitlərində BƏƏ-ni təmsil edib. Hindistan hökuməti onu 26 yanvar 2017-ci ildə 68-ci Respublika Günü qeyd etmələrinə baş qonaq kimi dəvət edib.
Tolerantlığın təbliği və ekstremizmlə mübarizə 2016-cı ildə Papa Fransiski ziyarət etdi. 2019-cu ilin fevralında isə Roma Papası rəsmən BƏƏ-yə ziyarətə gəldi. Bu Papanın Ərəbistan yarımadasına ilk səfəri idi. Roma Papası Fransiskin səfəri onun himayəsi altında təşkil edilən İnsan Qardaşlığının Qlobal Konfransı adlı foruma təsadüf etdi. Konfransda münaqişələrin və ekstremizmin qarşısının alınması üçün tolerantlığın və anlaşmanın təşviqi ilə bağlı müzakirələr və seminarlar keçirildi. Bu səfər çərçivəsində Papa Fransisk "Zayed Sports City"də Ərəbistan yarımadasında ilk papa mərasimini təşkil etdi. İbadətdə 100 ölkədən 180 min dindar, o cümlədən 4 min müsəlman iştirak etmişdi.
Dünya səyahəti zamanı BƏƏ-nin "2019 Tolerantlıq İli" mövzusunu təbliğ edib. O, həmçinin zorakı ekstremizmlə mübarizə üzrə regional və qlobal proqramlarda iştirak edib. Hindistan rəsmiləri, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və digər liderlərlə bu problemləri həll etmək üçün tərəfdaşlıq qurmaq barədə söhbətlər aparıb.
2019-cu ildə Papa Fransisk və Əl-Əzhər məscidinin baş imamı Dr. Əhməd ət-Tayibin imzaladığı insan qardaşlığına dair sənəddə təfərrüatlı prinsip və məqsədləri həyata keçirmək məqsədi daşıyan təşəbbüslə Zayed Qlobal Birgə Yaşayış Fondu yaradıldı.
İqtisadi inkişafda rolu
Məhəmməd bin Zayed Əl-Nəhyan Əbu-Dabinin karbohidrogen ehtiyatlarına cavabdeh olan əsas idarəetmə orqanı olan Əbu-Dabi Milli Neft Şirkətinin Ali Neft Şurasının sədr müavinidir. O, bir sıra inkişaf və diversifikasiya strategiyalarının, xüsusən də xam neft, benzin və aromatik maddələrin istehsalı ilə bağlı layihələrin həyata keçirilməsinə rəhbərlik edib. Qazın qiymətinin müəyyən edilməsi və poliolefin istehsalının həcminə nəzarətə rəhbərlik edib..
1992-ci ildə yaradılmış, əvvəllər BƏƏ Ofset Proqramı Bürosu kimi tanınan "Tavazun" holdinqinin iqtisadi şurasının rəhbəridir. Onun işi Əbu-Dabi əmirliyində iqtisadi diversifikasiyanı artırmaq olub. "Tavazun" İqtisadi Şurasının rəhbəri kimi Əbu-Dabinin Vəliəhdi BƏƏ iqtisadiyyatının şaxələndirilməsinə kömək etmək üçün dövlət investisiyalarını müxtəlif iqtisadi sahələr üzrə sərfəli layihələrə yönəldib.
O, 2002-ci ildə qurulan Əbu-Dabi hökuməti üçün əsas investisiya vasitəsi olan "Mubadala İnvestisiya Şirkəti"nin sədridir. Şirkətin missiyası iqtisadi diversifikasiya və beynəlxalq investisiyalar vasitəsilə Əmirliklər üçün uzunmüddətli sosial və iqtisadi fayda əldə etməkdir.
Bundan əlavə, o, həm də ölkənin əsas iqtisadi planlaşdırma institutu olan Əbu-Dabi İqtisadi İnkişaf Şurasının (ADCED) rəhbəridir. Bu rolda o, BƏƏ-nin özəl sektorunu dəstəkləmək və Əbu-Dabidə biznes və sərmayə qoymağı asanlaşdırmaq məqsədi daşıyan "Şaraka" təşəbbüsünü başladıb. Onun rəhbərliyi ilə ADCED BƏƏ-də sahibkarlığın genişləndirilməsi üçün çoxsaylı layihələr həyata keçirir.
2018-ci ilin iyun ayında o, həm BƏƏ sakinləri, həm də investorlar üçün uzunmüddətli iqtisadi faydaları təşviq etməyə yönəlmiş 50 milyard dirhəm dəyərində üç illik stimul paketini təsdiqləyib. O, həmçinin şəhər inkişafının stimullaşdırılması üçün tikinti normalarının hərtərəfli nəzərdən keçirilməsini əmr edib.
O, Əbu-Dabi iqtisadiyyatını şaxələndirmək və qloballaşdırmaq üçün sərmayə qoyan Əbu-Dabi İnvestisiya Təşkilatının (ADIA) sədr müavinidir. ADIA-nın portfelinə iyirmidən çox aktiv portfelləri və alt kateqoriyalar daxildir.
Məhəmməd bin Zayeddövlət başçısı kimi kənd təsərrüfatı, kənd təsərrüfatı robotları, bioenerji və qapalı bitkilərin becərilməsi ilə bağlı layihələri maliyyələşdirməyə kömək edən kənd təsərrüfatı texnikası üçün 1 milyard dirhəm dəyərində təşviq tədbirləri paketini təsdiqləyib.
Təhsil və İnnovasiya Təşəbbüsləri 250px|thumb|right|Məhəmməd ibn Zeyd, Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi kimi uniformasında, Əbu-Dabidə ABŞ Müdafiə Naziri Uilyam S. Koyeni salamlayır, 1997 O, həmçinin 2005-ci ildə P-12 təhsilinin keyfiyyətinin yaxşılaşdırılması strategiyalarının işlənib hazırlanması və özəl və dövlət müəssisələrində, eləcə də ali təhsil müəssisələrində həyata keçirilməsi üçün yaradılmış Əbu-Dabi Təhsil Şurasının sədri vəzifəsi ilə BƏƏ-də təhsil standartının ən yüksək beynəlxalq standartlara cavab verməsi üçün işləyib. .
O, həmçinin BƏƏ-nin Strateji Araşdırmalar Mərkəzinə (ECSSR) rəhbərlik edir. ECSSR region üçün aktual olan iqtisadi, sosial-siyasi və təhlükəsizlik məsələlərinin akademik öyrənilməsini təşviq edir.
Milli Elm, Texnologiya və İnnovasiya Festivalı kimi tədbirlərə sponsorluq etməklə BƏƏ texnologiyasını inkişaf etdirməyə və innovasiya mədəniyyətini təşviq etməyə kömək edir. O, həmçinin BƏƏ-ni robototexnika və avtonom sistemlərdə tədqiqatlar üçün regional mərkəzə çevirmək üçün Məhəmməd Bin Zayed Beynəlxalq Robot Müsabiqəsini təsis edib.
2008-ci ildə, tədqiqat proqramında ilk təqaüdçü qrupu Birləşmiş Ərəb Əmirliklərində ən yaxşı tələbələrə alim və siyasi lider kimi inkişaf etmək üçün xüsusi imkanlar verən NYU Abu Dabi təşəbbüsü ilə seçildi.
Ətraf mühitin mühafizəsi xeyriyyəçiliyi 250px|thumb|right|Rusiya prezidenti Şeyx Məhəmməd bin Zayed11 oktyabr 2022-ci ildə Sankt-PeterburqdaVladimir Putinlə görüş zamanı O, təbiəti qorumaq üçün əhəmiyyətli addımlar atmışdır. Şeyx Məhəmməd ibn Zeyd, BƏƏ-nin vəhşi şahinləri, quşları və ərəb oriksini qorumaq proqramına rəhbərlik etmişdir. O, həmçinin vəhşi quşların elektrik xətləri tərəfindən öldürülməsinin qarşısını almaq üçün 1 milyon dollar ianə edib. Bu maliyyə yardımı ümumi həcmi 20 milyon dollar olan Şeyx Məhəmməd bin Zayed Fondundan ayrılmışdır. Onun işi yırtıcı quşların mühafizəsinə yönəlmişdir.