Valenze gölü — İsveçrədə Alp dağlarının şimal-şərq ətəklərində yerləşən göl. Ölkənin ən böyük göllərindən biridir. Gölün su səthi dəniz səviyyəsindən 419 m hündürlükdə yerləşir, səthi 24,1 km², suyunun həcmi 2,49 km³, maksimal dərinliyi isə 150 m.-dir.
Coğrafiyası Valenze İsveçrənin şərqində, Vallenştadt şəhəri yaxınlığında, Sankt-Qallen və Qlarus kantonların ərazisindən qərbdən şərqə doğru axir. Uzunsov bir formaya malikdir.
Gölə axan 3 əsas çay Siz, Murgbah və Lintd çaylarıdır. Sonuncu Valenzedən Sürix gölünə qədər davam edir. Gölün şərq ucunda yerləşən Şnitlauhinsel adasıhttps://www.alamy.de/fotos-bilder/schnittlauchinsel.html?sortBy=relevant Valenzdəki yeganə adadır.
Kurfirsten silsiləsi şimal tərəfdə göl səviyyəsindən dəniz səviyyəsinə qədər 419 m hündürlükdən 2306 m yüksəkliyə dik qalxır. Cənubda göl zirvəsi dəniz səviyyəsindən 2441 m yüksəklikdə olan Mürtşenstok massivindən yuxarı qalxır. Gölün drenaj hövzəsinin ən yüksək nöqtəsi Tödidir (3614 m).
Göldə dib çöküntülərinin əmələ gəlməsinin orta sürəti ildə 0,1 mm-dir.
Valenze mədəniyyətdə Göl, macar bəstəkarı Ferens Listin "Au lac de Wallenstadt" (Vallenstadt gölündə) adlı solo fortepiano əsəri üçün ilham mənbəyi olmuşdur. Bu əsər onun 1830-cu illərdə İsveçrəyə etdiyi səyahətlərdən ilhamlanan solo fortepiano əsərləri kolleksiyasının bir hissəsidir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İsveçrə gölləri