"Hökmdar Edip", həmçinin "Çar Edip", "Tiran Edip" () — təxminən eramızdan əvvəl 496-406-cı illərdə yaşamış Afina şairi və dramaturqu Sofoklun yeddi tragediyasından biri. Esxil və Evripidlə birlikdə antik dövrün ən böyük tragediya kimi qəbul edilirdi.
Aristotel tərəfindən poetikada tragik əsərin idealı kimi qəbul edilmiş və antik dramaturgiya tarixində böyük rol oynamışdır. Onun qəhrəmanı günahını dərk edən və bunun üçün özünü cəzalandıran bir insan idi. Tamaşada faciəvi sonluq baş qəhrəmanın özünün ehtirasları və eybəcərlikləri ilə bağlı deyil, taleyin hökmü ilə yuxarıdan müəyyən edilir.
Faciə Ümumdünya Kitabxanasına (Norveç Kitab Klubunun dünya ədəbiyyatının ən əhəmiyyətli əsərlərinin siyahısı) daxil edilmişdir. İngilis müəllim T.Vitmarşa görə, bütün dövrlərin ən məşhur tragediyasıdır.
İstinadlar Kateqoriya:E.ə. 429 Kateqoriya:Faciələr Kateqoriya:Dramlar Kateqoriya:E.ə. V əsrdə pyeslər