Faiq Ələkbərli (tam adı: Faiq Qəzənfər oğlu Ələkbərli; d. ) — AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim.

Həyatı və təhsili Faiq Ələkbərli 12 aprel 1977-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1994-cü ildə Dəyirmandağ kənd orta məktəbini bitirərək, fəlsəfə ixtisası üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin bakalavr pilləsinə daxil olmuş,1998-ci ildə isə bitirmişdir. 1999–2001-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin magistratura pilləsində təhsil almışdır.

2005-ci ildə "XX əsrdə Azərbaycanın İctimai-siyasi və fəlsəfi fikir tarixində M. Ə. Rəsulzadənin yeri və rolu" mövzusunda dissertasiya işini müdafiə edərək, 2006-cı ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Faiq Ələkbərli kitablarında turançılıq, türkçülük, islamçılıq, azərbaycançılıq, bütöv azərbaycançılıq, modernləşmə, milli ideologiya, milli ideya, milli kimlik, milli şüur və digər sahələr üzrə özünəməxsus yanaşmalarını formulə etmişdir.

Ailəsi Faiq Ələkbərli ailəlidir, iki övlad var. O, həmçinin İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Rəşad Ələkbərovun dayısıdır.

Jurnalistika fəaliyyəti Faiq Ələkbərli 1997-ci ildən 2003-cü ilə qədər jurnalistika sahəsində çalışmışdır. "Millət", "525-ci qəzet", "Üç nöqtə", "Xalq cəbhəsi" və digər qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmişdir.

Hazırda bir sıra qəzet ("Türküstan" və b.), sayt (moderator.az, bao.az, turkistan.az. və b.) və jurnallarda ("Tük yurdu", "Din araşdırmaları", "Əmək və Sosial Münasibətlər", "Dövlət və din", "Elmi əsərlər" və b.) elmi-publisistik, fəlsəfi-ideoloji məqalələr yazır.

Faiq Ələkbərli 2011-ci ilin noyabrında təsis olunmuş Bütöv Azərbaaycan Ocaqlarının (BAO) aparıcı liderlərindən biridir. "Bütöv Azərbaycan Ocaqları"nın başqanı Zahir Əlisoyun 8 fevral 2021-ci il tarixli sərəncamı ilə Faiq Ələkbərli BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini təyin edilib.

Elmi fəaliyyəti Faiq Ələkbərli bir çox kitab, bir dərs vəsaiti və 230-dan çox elmi məqalənin müəllifidir. Bəzi kitabları Türkiyə və Özbəkistanda da nəşr olunmuşdur.

Faiq Ələkbərli AMEA Rəyasət Heyətinin qərarı ilə 12 sentyabr 2024-cü ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda yeni yaradılmış "Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi" şöbəsinə müdir təyin edilmişdir.

21 fevral 2025-ci ildə Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı üçcildliyinin əlavələrlə təkrar nəşrinin (əlavələrlə təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.

22 sentyabr 2025-ci ildə Sosial Tədqiqatlar Mərkəzində "Müasir Azərbaycan ictimai fikrinin istiqamətləri, problemləri və tendensiyaları" mövzusunda Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər" adlı üç cildlik kitablarının təqdimatı keçirilib. Əsərləri Azərbaycan dilində Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü, Bakı, "Elm", 2007 (monoqrafiya) Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (I hissə), Bakı, "Təknur", 2011 (monoqrafiya) İdarəetmə nəzəriyyəsi. Dərslik (həmmülllif). Bakı, "Elm və Təhsil", 2012 Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (II hissə), Bakı, "Elm və Təhsil", 2014 (monoqrafiya) Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, "Xan" nəşriyyatı, 2017 Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər). I hissə. Bakı, Elm və təhsil, 2018 Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər). II hissə. Bakı, Elm və təhsil, 2020 Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər). III hissə. Bakı, Elm və təhsil, 2021 Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, Elm və təhsil, 2021, 492 s. (Tamamlanmış və əlavələrlə yenidən işlənmiş ikinci nəşri) Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq. Bakı, Elm və təhsil, 2022, 414 səh. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər) II cild, II hissə. Bakı, Elm və təhsil, 2024 Türk xalqlarının fəlsəfəsi tarixi. Qədim dövr. Bakı, Elm və təhsil, 2026

Təltif və mükafatları Azərbaycanın tarixinin, xüsusilə 1918–1920-ci il istiqlal tarixinin tədqiqində göstərdiyi fədakarlığa görə "İlin Şərəf Medalı"// "Borçalı İctimai Cəmiyyəti". Bakı. 26.01.2014 Türk Dünyası Kültürü, eləcə də Azərbaycanda Türkçülük Hərəkatı Tarixi üzərinə Yazılmış əsərlərinə görə "Türk Dünyasına xidmət" Ödülü// Dünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Konseyi. Bakı. 27.11.2014. Azərbaycan xalqının və Türk Dünyasının milli-mənəvi birliyi və inkişafı yolunda göstərdiyi xidmətlərinə görə Dünya Azərbaycanlıları Konqresinin "Təşəkkür bəlgəsi ilə təltif"// Dünya Azərbaycanlıları Konqresinin XIII Qurultayı, 18–19 aprel 2015, İstanbul "Ortaq Dəyərlər" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Dövlətin din siyasətinin təbliği: Kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi" adlı layihəsi çərçivəsində 2015-ci ildə qəzet, televiziya və internet saytları arasında aparılmış monitorinqin nəticəsinə görə "Mediada Azərbaycançılıq, Azərbaycan milli ideologiyası və din mövzusunda davamlı yaradıcılığına görə" mükafat// "Ortaq Dəyərlər" İctimai Birliyi. Bakı, 26.08.2015. "Türk dünyası həftəsi" çərçivəsində keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Birinci Türkoloji qurultay: yüz ilin elmi və mədəni irsi" adlı Beynəlxalq Konqresdə tədbir iştirakçılarının bir qismi, eləcə də Faiq Ələkbərli yubiley döş nişanı təltif olunub.

İstinadlar

Xarici keçidlər http://faikalekperov.wordpress.com/

Zəngəzur ən yaxın hədəfimizdir — Faiq Ələkbərli

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Fəlsəfə elmləri doktorları Kateqoriya:AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Kateqoriya:XX əsr Azərbaycan filosofları Kateqoriya:XXI əsr Azərbaycan filosofları Kateqoriya:AMEA-nın alimləri Kateqoriya:Azərbaycan türkoloqları Kateqoriya:Azərbaycanlı türkoloqlar