Tompson Rivers Universiteti (TRU) — bakalavr və magistr təhsili və peşəkar təlimlər təklif edən ictimai tədris və tədqiqat universiteti. Universitetin əsas binası Kamlupsda, Kanada Britaniya Kolumbiyasında yerləşir.

Universitetin adı Şimali Tompson və Cənubi Tompson çaylarının adından əmələ gəlir.

Tompson Rivers Universitetinin Britaniya Kolumbiyası, Vilyams Leyk şəhərində əlavə binası və TRU-Open Learning adlı distant təhsil bölməsi var. Universitet həmçinin TRU Vorld bölməsi vasitəsilə bir neçə Beynəlxalq tərəfdaşlığa malikdir. TRU Şimal-Qərb kolleclər və Universitetlər Komissiyası assosiasiyası tərəfindən bakalavr və magistr səviyyələrinə akkreditə edilmişdir.

TRU 1OO-dən çox kampusdaxili proqramları, o cümlədən peşə hazırlığı, peşəkar sertifikatlar və diplomlar, bakalavr və magistr dərəcələri və hüquq, həmçinin Açıq öyrənmə bölməsi vasitəsilə təxminən 60 onlayn və ya distant proqramları təklif edir.

Vankuver və Viktoriya şəhərlərində universitetin 3 filialı var.

Tarixi 1970-ci ildə universitetin nərzində Karibu Kolleci yaradıldı. 367 əyani və 200 qiyabi tələbə üçün dərslər 1970-ci ilin sentyabrında başladı. Karibu Kolleci həmçinin bölgədəki meşə təsərrüfatı, mədənçıxarma və digər sənaye sahələrinin ehtiyaclarına xidmət etmək üçün peşə təhsili proqramlarına başladı.

1978-ci ildə Karibu Kolleci rəsmi olaraq Britaniya Kolumbiyası Kollecləri və Əyalət İnstitutları Qanununa əsasən müstəqil statusa malik kollec kimi təyin olundu və əvvəllər onu idarə edən məktəb şuralarından müstəqil olaraq öz şurasını əldə etdi. Qanun, həmçinin coğrafi təcrid və ya digər səbəblərə görə orta təhsildən sonrakı təhsilə daxil ola bilməyən insanlara məsafədən akademik proqramlar və peşə təhsili vermək üçün sonradan TRU Açıq Öyrənmə İnstitutu (AÖİ) yaratdı.British Columbia Colleges and Provincial Institutes Act, 1977, Government of British Columbia, Queen's Printer. Növbəti il Universitetlər Qanunu AÖİ öz adına incəsənət və ya elm sahəsində bakalavr dərəcələri vermək səlahiyyəti verdi.Moran, L. (1991) Legitimation of Distance Education: A Social History of the Open Learning Institute of British Columbia, 1978–1988. Doctoral Dissertation, University of British Columbia, Pg 19

1989-cu ildə Karibu Kolleci əyalət tərəfindən regional mərkəzlərdə dərəcələr vermək üçün yeni bir qurum, "universitet kolleci" olmaq üçün seçilmiş üç kollecdən biri idi. Kollecin beş bakalavr dərəcəsi — İncəsənət, Elm, Təhsil, Biznesin İdarəedilməsi və Tibb — əvvəlcə əyalətin üç qurulmuş universitetinin nəzarəti altında hazırlanmış və verilmişdir: UBC, SFU və UVic. İlk məzunlar 1991-ci ildə dərəcələrini aldıqda, Karibunun adı dəyişdirilərək Karibu Universitet Kolleci (KUK) adlandırıldı.Made In B. C.: A History of Postsecondary Education in British Columbia, Bob Cowin, Douglas College, November 2007, http://www.douglas.bc.ca/__shared/assets/History_of_BC_Postsecondary_Education51973.pdf British Columbia Colleges and Provincial Institutes Act, 1977

KUK 2002-ci ildə magistr dərəcəsi proqramları təklif etməyə başladı, daha sonra 2003-cü ildə müstəqil şəkildə tətbiqi magistr dərəcələri vermək səlahiyyəti qazandı. Növbəti il KUK vilayətin ən yeni universiteti olacağını elan etdi.

Kampusları TRU-nun Kamlupsdakı 250 hektarlıq əsas kampusu universitetin adını aldığı Şimal və Cənubi Tompson çaylarının qovuşduğu yerə baxan, şəhərin cənub-qərb hissəsində, Sahale bölgəsində yerləşir. Kampusun 40 hektar bağçası və daxili hissəsində böyük dendrarii var. Rezident tələbələr üçün kampusda yaşayış təmin edilir. Təxminən 100.000 əhalisi olan Kamlups şəhəri Britaniya Kolumbiyasının cənub-qərbində yerləşən Tompson-Nikola bölgəsinin, şusvap xalqının ənənəvi torpaqlarında yerləşir.

Fakültələri Hüquq fakültəsi Kulinariya, otelçilik və turizm fakültəsi İncəsənət fakültəsi Biznes və İqtisadiyyat fakültəsi Təhsil və Sosial iş fakültəsi Tibb Elmlər fakültəsi Tələbə inkişafı fakültəsi Sənətkarlıq və Texnologiya fakültəsi

TRU-nun həmçinin 2 bölməsi var : Açıq Öyrənmə bölməsi — bütün Departamentlərdən və məktəblərdən olan tələbələrə məsafədən, onlayn və qarışıq təlim variantları təklif edir və Beynəlxalq TRU Vorld bölməsi — xaricdə təhsil alan tələbələrə xidmət göstərir.

Həvçinin bax Kanada universitetlərinin siyahısı

Xarici keçidlər

Thompson Rivers University, Open Learning TRU World Thompson Rivers University Students Union TRU Athletics

İstinadlar

Kateqoriya:Kanada universitetləri Kateqoriya:Əlifba sırasına görə təhsil müəssisələri Kateqoriya:Kanadada təhsil