Həftəsov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd.
Kənd Lahıc turizm zonasında, Girdiman çayının sağ sahilində yerləşir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada və ya atla getmək olar.
Etimologiya Həftəsov "yeddi dəyirman" deməkdir. Kənddə tarixən dəyirman və yeraltı hamam fəaliyyət göstərib.
Əhalisi 1859–1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Həftasiyab kəndində 131 evdə etnik tatlardan ibarət 1.027 nəfər (548 nəfəri kişilər, 479 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı.Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 30 Girdiman çayı üzərindən Həftəsov kəndini digər yaşayış məntəqələri ilə birləşdirə biləcək körpü olmadığı üçün kəndin əhalisinin çoxu Həftəsovu tərk edib. 2025-ci il üçün kəndin 5 nəfər əhalisi qalıb.
Təhsil Şagird və müəllim olmadığı üçün kənd məktəbi də 2017-ci ildən bəri fəaliyyət göstərmir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun kəndləri