Ənvər İbrahimov (15 iyul 1931; Xanlar rayonu, Azərbaycan SSR – ?) — azərbaycanlı üzümçü, Sosialist Əməyi Qəhrəmanı (1951).
Həyatı Ənvər İbrahimov 1931-ci il iyulun 15-də Azərbaycan SSR Xanlar rayonunun Şəmşədin kəndində anadan olub (hal-hazırda bu kənd yoxdur).
1944-cü ildən Xanlar rayonundakı Azərbaycan üzümçülük sovxozunda fəhlə, rəhbər və 1958-ci ildən yenidən fəhlə işləyib. 1950-ci ildə 6,3 hektar sahədən hər hektardan 166,6 sentner üzüm məhsulu alıb.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 sentyabr 1951-ci il tarixli fərmanı ilə 1950-ci ildə yüksək üzüm məhsulu əldə etdiyinə görə İbrahimov Ənvər Qəmbər oğlu Lenin ordeni və "Oraq və Çəkic" medalı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Həmçinin bax Sosialist Əməyi Qəhrəmanı "Lenin" ordeni
İstinadlar
Kateqoriya:Göygöl rayonunda doğulanlar Kateqoriya:SSRİ üzümçüləri