– Yaponiyanın Şimane prefekturasının Oda şəhərinin Sanbe rayonunda yerləşən gömülü meşə.

Tarixi Gömülü meşə 4000 il əvvəl Sanbe vulkanının püskürməsi nəticəsində yaranmışdır. Vulkandan çıxan lava axınları Azukihara dərəsində yerləşən meşələrin üstünü bağlamış və gömülü meşənin yaranmasına səbəb olmuşdur. Bu hadisə Comon dövründə baş verdiyi üçün meşəni Sanbe Comon gömülü meşəsi də adlandırırlar.

Gömülü meşəyə aid ilk ağac gövdəsi 1983-cü ildə Azukihara dərəsində aparılmış çəltik plantasiyası tikintisi zamanı aşkar edilmişdir. 1998–2000-ci illərdə ərazidə geniş tədqiqat və qazıntı işləri aparılmış, nəticədə, gömülü meşəyə aid 30 ağac gövdəsi aşkarlanmışdır. Onların 80%-i yapon sidri, qalanları isə atşabalıdı, yapon zelkovası, ağ palıd və s. kimi ağaclardır. Aşkarlanmış ən böyük ağac gövdəsi 12,5 metr hündürlüyündə və 2,5 metr diametrində olan yapon sidridir.

Muzey Meşənin qalıqlarını sərgiləmək üçün yaradılmışdır. Muzeydə gömülü meşədən qalan nəhəng ağac gövdələri, vulkan püskürməsinin səbəb olduğu süxur nümunələri sərgilənir. Sərgilənən bəzi ağac gövdələrinin diametri 2 metrdən çoxdur.

Muzey gömülü meşənin qalıqlarını nümayiş etdirmək məqsədilə yaradıldığı üçün sərgi zalı yerin altında yerləşir və girişi sərgi zalının tavanında qoyulmuşdur.

Həmçinin bax Uozu Gömülü Meşə Muzeyi

İstinadlar

Kateqoriya:Yaponiya meşələri Kateqoriya:Şimane prefekturası coğrafiyası Kateqoriya:Oda (şəhər) Kateqoriya:Comon dövrü