Namazgah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati-ərazi dairəsində kənd.

Kənd "Lahıc" turizm zonasında, "İsmayıllı–Lahıc" şossesinin kənarında, Girdiman çayının sol sahilində yerləşir.

Əhalisi Kənddə 136 nəfər əhali yaşayır ki, onlardan 65 nəfəri kişi, 71 nəfəri isə qadındır. Kəndin əhalisi tatlardan ibarətdir.

İqtisadiyyatı Əhalisi, əsasən, heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə kafe fəaliyyət göstərir. Kənddən Müdrü çayı boyunca Nanıc, Müdri, Bağəli, Müdrəsə, Pirəqanım kəndlərinə piyada və at yolu vardır.

Kənddə "Namazgah" mineral süfrə suyu istehsal olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri