Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATU) — 2011-ci ildə Türkiyənin Adana şəhərində yaradılmış dövlət universiteti. Türkiyə Böyük Millət Məclisi tərəfindən 31 mart 2011-ci ildə qəbul edilmiş 6218 saylı Qanunla yaradılmışdır.
Universitetin adı 2019-cu ildə Adana Elm və Texnologiya Universitetindən rəsmi olaraq Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinə dəyişdirildi.
2016-cı ilin avqust ayından ATU-nun rektoru prof. Dr. Mehmet Tümaydır.
2020-ci ilin yanvar ayında universitetdə 366 professor—müəllim heyəti çalışırdı.
Ali Təhsil Şurasının qərarlarına uyğun olaraq universitetin Aviasiya və Astronavtika sahəsində ixtisaslaşması qərara alındı. Bu sahəni inkişaf etdirməkdən ötrü kampusun şimal-qərb hissəsində 240 metr uzunluğunda pilotsuz uçuş aparatının uçuş-enmə zolağı inşa edildi.
2021-22-ci tədris ilində universitetdə ümumilikdə 4192 tələbə təhsil alırdı: 3176 bakalavr 899 magistr 117 doktorant
2022-ci ilə kimi universitetdə 21 professor, 49 dosent, 101 doktor, 75 müəllim və 160 elmi işçi olmaqla cəmi 406 professor—müəllim heyəti çalışırdı. Akademik strukturu
Universitet 1 institut, 7 fakültə və 1 kollecdən ibarətdir.
Fakültələri
Mühəndislikhttps://web.archive.org/web/20210709183132/https://mf.atu.edu.tr/#!/ Mexanika mühəndisliyi Enerji sistemləri mühəndisliyi Gida mühəndisliyi Elektrik elektronika mühəndisliyi Sənaye mühəndisliyi Süni intellekt mühəndisliyi Biomühəndislik Kompüter və informatika fakültəsi Kompüter mühəndisliyi Proqram mühəndisliyi İnşaat mühəndisliyi Dağ-mədən mühəndisliyi Materialşünaslıq və mühəndislik Biznes Beynəlxalq Ticarət və Maliyyə İdarəetmə informasiya sistemləri Beynəlxalq əlaqələr Turizm menecmenti Siyasi Elmlər Aviasiya və Astronavtika Memarlıq və dizayn Psixologiya İnsan və ictimai elmlər Türk dili və ədəbiyyatı Tərcümə Kollecləri
Xarici Dillər kolleci İnstitutları
Ali Təhsil Məktəbi Mərkəzləri
Texnologiya Transfer Ofisi Tətbiq və Araşdırma Mərkəzi Qabaqcıl Texnologiyaların Tətbiqi və Araşdırma Mərkəzi Karyera Planlaşdırma Tətbiqi və Araşdırma Mərkəzi Qadın Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi Davamlı Təhsil Tətbiqi və Araşdırma Mərkəzi Türk dili Tədris Tətbiqi və Araşdırma Mərkəzi Distant Təhsil Tətbiqi və Araşdırma Mərkəzi Kitabxanası
ATU Kitabxanasında 27 000-dən çox çap resursu, həmçinin 66 500 elektron jurnal, 240 000 elektron kitab və 20 000 dən çox elektron audiokitab var. Həmçinin 41 elektron məlumat bazası və çap edilmiş məşhur mədəniyyət, incəsənət, ədəbiyyat və elm jurnalları var. Rektorluğa tabe olan şöbələr
Atatürk Əsasları və İnqilab tarixi şöbəsi Türk Dili şöbəsi Tələbə Cəmiyyətləri
Universitetdə Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin tərkibində iyirmidən çox fəal icma fəaliyyət göstərir.
+Tələbə CəmiyyətləriTərcümə və Dilçilik Tələbə CəmiyyətiSənaye Mühəndisliyi Tələbə CəmiyyətiAviasiya Tələbə CəmiyyətiMüasir Rəqs Tələbə CəmiyyətiMusiqi Tələbə CəmiyyətiTələbə Oxçuluq CəmiyyətiTeatr Tələbə CəmiyyətiVoleybol Tələbələr CəmiyyətiGənc İdeyalar və Dialektika Tələbə CəmiyyətiTəbiət və Düşərgə Tələbə Cəmiyyəti Memarlıq Emalatxanası Tələbə CəmiyyətiYeni Nəsil Elektrikli Nəqliyyat vasitələri Tələbə CəmiyyətiQida Texnologiyaları Tələbə CəmiyyətiXarici Ticarət və İqtisadiyyat Tələbə CəmiyyətiOmbudsman Tələbə Assosiasiyası Heyvansevərlər Tələbə Cəmiyyətiİnnovasiya Tələbə Cəmiyyəti Kompüter Elmləri Tələbə Cəmiyyəti Fotoqrafçılıq Tələbə Cəmiyyəti Liderlik və İnsan Resursları Tələbə CəmiyyətiGənc Yaşıl Aypara Tələbə Cəmiyyəti Ekologiya Tələbə Cəmiyyəti Seminar Tələbə Cəmiyyəti
Kampusu
Yaşayış İmkanı
Adana tələbələrin yerləşmə imkanları baxımından şanslı olduğu şəhərlərdən biridir. Şəhərdə çoxlu dövlət və özəl yataqxanalar var. Kampus daxilində 3 blokdan ibarət 1000 nəfərlik tələbə yataqxanası var.
Dövlət yataqxanalarının adları:
Adana Tələbə yataqxanası Çukurova Kişi Tələbə yataqxanası Fevzi Çakmak Qızlar yataqxanası Kut'ul Amare Kişi Tələbə yataqxanası Mahmut Sami Ramazanoğlu Qızlar yataqxanası Sabancı Qızlar yataqxanası İngilis dilində təhsili
Universitet Britaniya Şurası tərəfindən ali təhsil müəssisələri üçün hazırlanmış “Ali Təhsildə İngilis dili Təhsilinin Keyfiyyətini Artırma Proqramı”na görə Türkiyənin müəyyən etdiyi 5 pilot universitetdən biridir. ATU bir neçə departament istisna olmaqla, 100% ingilis dilində təhsil verir. Buna görə də bir çox kafedralarda xarici professor—müəllim heyəti dərs deyir.
Sənaye mühəndisliyi (100% İngilis dili) Enerji Sistemləri mühəndisliyi (100% İngilis dili) Qida mühəndisliyi (Türk dili) İnşaat mühəndisliyi (100% İngilis dili) Mədən mühəndisliyi (100% ingilis dili) Mexanika mühəndisliyi (100% İngilis dili) Biznesin idarə edilməsi (100% ingilis dili) Kompüter mühəndisliyi (100% ingilis dili) Proqram mühəndisliyi (100% ingilis dili) Süni İntellekt mühəndisliyi (100% ingilis dili) Biomühəndislik (100% ingilis dili) Elektrik - Elektronika mühəndisliyi (100% ingilis dili) Beynəlxalq Ticarət və Maliyyə (100% ingilis dili) İdarəetmə İnformasiya Sistemləri (100% ingilis dili) Turizm menecmenti (100% ingilis dili) Siyasi Elm və Dövlət İdarəçiliyi (100% ingilis dili) Beynəlxalq Münasibətlər (100% ingilis dili) Aerokosmik mühəndisliyi (100% ingilis dili) Memarlıq (türk) Tərcümə (100% ingilis dili)
İstinadlar
Xarici keçidlər Adana Alparslan Türkeş Bilim ve Teknoloji Üniversitesi
Kateqoriya:Türkiyə universitetləri