– Yaponiya ssenaristi və romançısı.

Həyatı və karyerası Yamada 1934-cü ildə Tokio şəhərində doğulmuşdur. O, Vaseda Universitetindən məzun olduqdan sonra 1958-ci ildə "Shochiku" studiyasına daxil olmuş və köməkçi rejissor kimi işləməyə başlamışdır. Rejissor Keysuke Kinoşitanın rəhbərliyi altında fəaliyyət göstərmişdir. Yamada 1965-ci ildə studiyadan ayrılmış və frilanser ssenarist kimi bir çox teleserialın istehsalında iştirak etmişdir.

Yaradıcılığı Yamada və kimi Yaponiya seriallarının ssenaristliyinə görə tanınır. 1976-cı ildə yayımlanmağa başlayan "Kişilərin səyahəti" Yaponiya ordusunun kamikadze korpusunun keçmiş üzvü haqqındadır. 1983-cü ildə yayımlanmağa başlayan "Qəribə almalar" isə kollec tələbələrindən bəhs edir. Yamadanın digər əsas işlərinə bir ailənin dağılmasından və dirçəlməsindən bəhs edən (1977) və 2011-ci ildə baş vermiş Senday zəlzələsindən zərər görmüş ailələrdən bəhs edən (2014) daxildir.

Yamada filmlərə və tamaşalara ssenarilər yazmaqla yanaşı romançı da olmuşdur. 1988-ci ildə romanına görə Yamamoto Şuqoro mükafatını qazanmışdır.

İstinadlar

Xarici keçidlər Tayçi Yamadanın saytı (arxivləşdirilib)

Kateqoriya:Yaponiya romançıları Kateqoriya:Tokio yazıçıları Kateqoriya:Yaponiyanın televiziya ssenaristləri