İnternet estetikası və ya mikroestetika — bəzən moda üslubu, submədəniyyət və ya musiqi janrı ilə müşayiət olunan, adətən internetdən yaranan və ya onun üzərində populyarlaşan vizual sənət üslubu. 2010-cu və 2020-ci illər ərzində onlayn estetika xüsusilə "Tumblr", "Pinterest", "Instagram" və "TikTok" kimi sosial media platformalarında artan populyarlıq qazanmış, tez-tez insanlar tərəfindən fərdiliyini və yaradıcılığını ifadə etmək üçün istifadə olunmuşdur. Onlar eyni maraqları bölüşən insanlar arasında icma və aidiyyət hissi yaratmaq üçün də istifadə edilə bilər. Estetika termini "akademik mənşəyindən tamamilə ayrılmış" kimi təsvir edilmişdir və ümumiyyətlə sifət kimi istifadə olunur.

Tərifi İnternet estetikası vizual üslubu ilə xarakterizə olunur və müəyyən edilir. "Vogue" əməkdaşı Sara Spellinqs qeyd etmişdir:

"The Atlantic" əməkdaşı Ketlin Tiffeni bildirmişdir:

Estetika üçün bir çox adlar, "The Washington Post"a görə, "hardkor" sözündən yaranan "-kor" kimi şəkilçilərdən istifadə edilir.

Tarixi "Dark academia", "Cottagecore", "Art Hoe", "Coquette/Nymphet" və "Weirdcore" kimi internet estetikası hesab olunan cərəyanlar "Tumblr"da yaranmışdır.

"Fandom"da yerləşdirilən "Estetika Viki" onlayn estetika ilə bağlı geniş məlumat bazasına sahib olduğuna görə tez-tez istinad edilir. "The Atlantic"ə görə, viki 2020-ci ildə trafikdə 9,974% artım əldə etmişdir.

2022-ci ildə "Vox" jurnalisti Rebekka Cenninqs "TikTok"dan bir çox trendin bir trend altına düşdüyü fikrini müdafiə etmişdi. O, bunu "TikTok modası" adlandırmış və bunu "TikTok platformasında reallaşan tendensiyaların birləşməsini təsvir etmək üçün bir yol, istər lokal xeyriyyə mağazasından aldıqları paltarları sınaqdan keçirən yeniyetmələrdən, istərsə də gəncliklərinin subkultural üslublarına yenidən baxan yaşlı insanlardan və ya estetik ipucularını birləşdirən gələcək nəyin tək bir nəzəriyyəsi ilə bağlı peşəkar və həvəskar trend izləyicilərindən" kimi izah etmişdir. Cenninqs əlavə etmişdir ki, "viral məzmunu milyonlarla istifadəçiyə saatlar və ya günlər ərzində çatdıran ifrat dərəcədə yüklənmiş TikTok alqoritminin köməyi ilə bu videolar əsas mədəniyyətin dəbli hesab etdiyi şeyləri formalaşdırır və bu, özümüzə geyinmək üçün nəyi seçdiyimizə təsir edə bilər".

2022-ci ilin iyul ayında "Vogue" əməkdaşı Sara Spellinqs "hiper spesifik internet estetikasının yüksəlişi"nin baş verdiyini bildirmişdir.

Həmçinin bax Estetika İnternet incəsənəti

İstinadlar

Kateqoriya:İnternet memləri Kateqoriya:İnternet mədəniyyəti Kateqoriya:Rəqəmsal incəsənət Kateqoriya:Sosial media Kateqoriya:2010-cu illərdə tendensiyalar və trendlər Kateqoriya:2020-ci illərdə tendensiyalar və trendlər Kateqoriya:Submədəniyyətlər Kateqoriya:Gənclik mədəniyyəti Kateqoriya:Mədəni trendlər Kateqoriya:Üslub Kateqoriya:Dəb Kateqoriya:Bədii cərəyanlar Kateqoriya:Təsviri incəsənət janrları Kateqoriya:Musiqi