Şebjeşin sinaqoqu () – Polşanın Şebjeşin şəhərində yerləşən keçmiş sinaqoq. Hazırda mədəniyyət evi kimi fəaliyyət göstərir.
Tarixi Şebjeşində sinaqoqun tikilməsi haqqında ən qədim yazılı məlumat 1584-cü ilə aiddir. Şebjeşin sinaqoqu isə XVII əsrdə həmin sinaqoqun yerində tikilmişdir. Sinaqoq 1648-ci ildə kazaklar tərəfindən dağıdıldıqdan sonra Yan Zamoyskinin göstərişi ilə 1659-cu ildə bərpa olunmuşdur. 1853, 1885 və 1896-cı illərdə sinaqoqda təmir işləri aparılmışdır. 1905-ci ildə baş verən Şebjeşin yanğını zamanı sinaqoqa ciddi ziyan dəymişdir. 1906-cı ildə sinaqoqda həyata keçirilən bərpa işlərində ancaq yəhudilər iştirak etmişdir.
İkinci Dünya müharibəsi zamanı almanlar Polşanı işğal etmiş və 15 noyabr 1940-cı ildə bu sinaqoqu yandırmışdırlar. 1946-cı ildə sinaqoqun tavanı çökmüşdür. 1958-ci ildə sinaqoq sökülmüş və 1965-ci ilə qədər yenidən tikilməyə başlamışdır. 1991-ci ildə sinaqoq binasına xatirə lövhəsi yerləşdirilmişdir. 2010-cu ildə sinaqoqda restavrasiya işləri aparılmışdır.
Xüsusiyyətlər Şebjeşin sinaqoqu gec intibah üslubundadır. Tikintisində daş və kərpicdən istifadə olunmuşdur. Orijinal tikilidən ancaq mərkəzi zal salamat qalmışdır.
Populyar mədəniyyətdə 2023-cü ildə Polşada buraxılmış poçt markalarından birində Şebjeşin sinaqoqu təsvir olunmuşdur. Bu, Şebjeşin şəhəri haqqında buraxılmış ilk poçt markası olmuşdur.
İstinadlar
Kateqoriya:Polşa sinaqoqları Kateqoriya:Keçmiş sinaqoqlar Kateqoriya:XVII əsrdə tamamlanmış tikililər