Rameşbabu Praqnanandha — () Hindistan şahmat qrosmeysteridir. Şahmat vunderkindi, 10 yaşında beynəlxalq usta oldu, o zaman bunu bacaran ən gənc, 12 yaşında isə qrosmeyster oldu, o zaman bunu bacaran ən gənc ikinci şahmatçı idi. Praqnanandha, böyük bacısı Rameşbabu Vayşali ilə birlikdə Qrosmeyster tituluna sahib olan ilk qardaş və bacı oldu.
Həyatı Praqnanandha 10 avqust 2005-ci ildə Tamilnad ştatının Çennai şəhərində anadan olub. Atası Rameşbabu, TNSC Bank-da filial müdiri vəzifəsində çalışır, anası Naqalakşmi isə tez-tez milli və beynəlxalq yarışmalarda onu müşayiət edən evdar qadındır. Onun böyük bacısı Vayşali də şahmatçıdır və Hindistanda qrosmeyster olan üçüncü qadın şahmatçıdır.
Həmçinin bax Rameşbabu Vayşali
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Hindistan şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:2022 Asiya Oyunları medalçıları