– Nihon Universitetinin şura sədri və həvəskar sumoçu. 2013–2017-ci illərdə Yaponiya Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.

Həyatı Hidetoşi Tanaka 1946-cı ildə Yaponiyanın Aomori prefekturasında doğulmuşdur. 1965-ci ildə Nihon Universitetində təhsil almağa başlamış və 1969-cu ildə iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra universitetdə işləməyə başlamışdır. 1999-cu ildə Nihon Universitetinin şura üzvü, 2008-ci ildə isə şuranın sədri olmuşdur.

Tanaka həyatının son dövrlərində vergidən yayınma skandalına görə gündəmə gəlmiş, 2021-ci ildə bu səbəbdən saxlanılmışdır. Skandaldan sonra sədr vəzifəsindən istefa etmişdir. Tokio Rayon Məhkəməsi ona bir illik şərti məhkumluq cəzası vermiş və 52 milyon yenlik gəlir vergisindən yayındığına görə 13 milyon cərimə cəzası təyin etmişdir. O, 118,2 milyon yenlik gəliri gizlətməklə ittiham olunmuşdu.

Sumo Tanaka 1983-cü ildə Nihon Universitetin sumo klubunun direktoru olmuş və bir çox sumoçu yetişdirmişdir. O, Beynəlxalq Sumo Federasiyasının prezidenti, eləcə də, Yaponiya Sumo Assosiasiyasının vitse-prezident, daha sonra prezidenti olmuşdur.

İstinadlar

Xarici keçidlər Nihon Universitetinin saytında

Kateqoriya:Yaponiya sumoçuları Kateqoriya:Yaponiya pedaqoqları Kateqoriya:Beynəlxalq idman təşkilatlarının prezidentləri