Kamuran Tanhan () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Kamuran Tanhan 1979-cu ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub.
Mardində hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin Mardin şöbəsinin İdarə Heyətinin üzvü, İnsan Hüquqları Dərnəyi İdarə Heyətinin əvəzedici üzvü olub.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları