– Yaponiya yazıçısı. 2024-cü ildə "Tokio Simpatiya Qülləsi" romanına görə Akutaqava mükafatının qalibi olmuşdur. Romanın bir hissəsinin süni intellektin köməyi ilə yazmışdır.

İlk illəri və təhsili Kudan 27 sentyabr 1990-cı ildə Saytama prefekturasının Urava şəhərində doğulmuşdur. Universitetdən məzun olduqdan sonra laboratoriya köməkçisi kimi işləməyə başlamışdır.

Karyerası İbtidai məktəbin 6-cı sinfində oxuyarkən yazdığı adlı essesinə görə ilk ədəbi mükafatını qazanmışdır. 2021-ci ildə debüt romanı olan romanı ilə 126-cı Ədəbi Dünyanın Yeni Gələni Mükafatının qalibi olmuşdur.

Kudan 2024-cü ildə romanına görə 170-ci Akutaqava mükafatının qalibi olmuşdur. Bundan öncə 2021-ci ildə "Məktəbli qız" əsərinə görə Akutaqava mükafatına namizəd göstərilsə də, qalib ola bilməmişdi. "Tokio Simpatiya Qülləsi" romanında hadisələr Zaha Hadidin Milli Stadion layihəsinin gerçək olduğu və süni intellektin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi yaxın gələcəkdə baş verir. Hekayə Tokionun Şincuku Qyoen bağında cinayətkarların rahat reabilitasiyası üçün qüllə formasında həbsxana dizayn edən memar və onun bioqrafiyasını yazan oğlan haqqındadır.

Koden mükafat mərasimi zamanı romanın 5%-lik hissəsini birbaşa ChatGPT vasitəsilə yazdığını bildirmişdir. Süni intellektlə yazılmış əsərin mükafatın qalibi kimi seçilməsi mübahisəyə səbəb olmuşdur.

Şəxsi həyatı Hazırda Çiba prefekturasında yaşayır.

İstinadlar

Kateqoriya:Yaponiyanın qadın romançıları Kateqoriya:ChatGPT Kateqoriya:Akutaqava mükafatı laureatları Kateqoriya:Yaponiyanın elmi fantastika yazıçıları