200px|thumb|right|Con Franklin tərəfindən Uilyam Harrison Eynsuortun 1841-ci ildə nəşr edilmiş "Köhnə Sen-Pol" romanına illüstrasiya kimi çəkilmiş "Müqəddəs Pavel promenadı" görüntüsü 200px|thumb|right|Kafedralın 1658-ci ildə Vençlav Hollar tərəfindən çəkilmiş təməl planı Müqəddəs Pavel promenadı () — Tüdor və Stüart dövründə Londonun Müqəddəs Pavel kafedralının əsas nefinə verilən addır. Həmin dövrdə kafedral şəhərin əsas qiybət yeri olmuş, Müqəddəs Pavel promenadı isə insanlar tərəfindən gəzmək və söhbət etmək üçün istifadə edilmişdir. İlk qəzetlərin kəşf edilməsindən əvvəl, "xəbər-alverçiləri" () burada toplaşaraq son xəbərləri müzakirə edirdilər.Notestein, Four Worthies, 31.

Kafedral nefi olan "Müqəddəs Pavel promenadı"nın bazar və dünyəvi görüşlər yeri kimi istifadə edilməsi haqqında ilk məlumat yepiskop Robert Breybruka (1381–1404) aiddir. Yepiskop buraxdığı invektivdə kafedralı bazar kimi alış-veriş üçün istifadə edənləri kilsədən uzaqlaşdırmaqla hədələyirdi. Bəziləri isə kafedral ərazisini top oyunu üçün istifadə edərək gözəl və bahalı vitrajları sındırırdılar.

1554-cü ildə London lord-meri tərəfindən verilmiş əmrdə kilsənin uyğun olmayan məqsədlər, at və məhsul alış-verişi üçün istifadə edilməsinin "Hər şeyə qadir Rəbb və bütün yaxşı insanları təhqir etdiyi" qeyd edilir.

XV əsrə kimi, kafedral həm də şəhər şayiələrinin mərkəzinə çevrilir və Londonun ən məşhur qeybətçiləri burda toplanır.

Frensis Osborn yazır:

Buna görə də kafedralda son xəbərləri – yerli məlumatlar, hərbi məsələlər, dini baxış, parlament və saray xəbərləri – müzakirə etmək, ən aktual zarafatları öyrənmək, bağışlamaq və bağışlanmaq, cüzdanını itirmək və fahişə tapmaq olardı. "Englishmen for my Money" adlı pyesində Uilyam Hafton "Müqəddəs Pavel promenadı"nı bir işlə məşğul olmayan çoxlu insanın səs-küy içində ora-bura gəzdiyi yer kimi təsvir edir. Onun müasiri olan Con Örl satirik təsvirlər seriyasında onu belə təsvir edir:

İstinadlar

Ədəbiyyat

OCLC 1562848.

Həmçinin bax Paternoster-Rou — Müqəddəs Pavel kilsə həyəti yerində salınmış küçə

Kateqoriya:Müqəddəs Pavel kafedralı Kateqoriya:London mədəniyyəti Kateqoriya:London-Siti kilsələri Kateqoriya:London-Sitinin keçmiş tikililəri