Konrad Malt-Brün (, ; ) — danimarkaəsilli Fransa coğrafiyaşünası.

Həyatı Danimarka kral mülklərinin idarəediciləri ailəsində anadan olmuşdur. O, Kopenhagen Universitetində təhsil almışdır. 1800-cü ildə Fransa inqilabını dəstəkləyən şeirlər və broşürlər yazdığı üçün Danimarkadan qovulmuş və Fransaya köçmüşdür. Orada coğrafiyaşünas və jurnalist kimi fəaliyyət göstərmişdir. O, "Précis de géographie universelle"in altı cildinin və çoxsaylı coğrafi xəritələrin müəllifidir.

1821-ci ildə Malt-Brün Fransa Coğrafiya Cəmiyyətinin təsisçilərdən biri olmuş və onun birinci katibi seçilmişdir. Malt-Brün ilk dəfə "Okeaniya" və "Hind-Çin" terminlərindən istifadə etmişdir.

İstinadlar

Xarici keçidlər Conrad Malte-Brun, Conrad Биография

Kateqoriya:Danimarka şairləri Kateqoriya:Danimarka coğrafiyaşünasları Kateqoriya:Fransa coğrafiyaşünasları Kateqoriya:Fransa jurnalistləri Kateqoriya:Fransa immiqrantları