Pəhləvani və ya Xwarin Kürd dili (cənubi kürd dili) () — kürd dillərindən biri.
İranda (4,1 milyon; əsasən Kirmanşah və İlam ostanlarında) və İraqda (200 min;H. H. Smith, 1971, Area handbook for Iraq, Foreign Area Studies, American University. page;63 Diyalə və Vasitdə) kürdlər arasında yayılmışdır.
Otuz yeddi variasiyanı özündə birləşdirir. Erqativliyinə görə dilçilər tərəfindən ayrıca dialekt kimi təsnif edilən lək ilə qarşılıqlı anlaşılır.
Tarixi Orta əsrlərdə cənubi kürd dili fars dilinin böyük təsiri altında olmuşdur. Onu danışan Kalhor tayfasını XVI əsrdə kürd tarixçisi Şərəf xan Bitlisi qeyd etmişdir. O, kürdləri dil və məişət həyatına görə şərti olaraq dörd qrupa ayırmışdır: kurmanc, lur, kalhor və goran.
İstinadlar
Kateqoriya:Kürd dili Kateqoriya:İran dilləri Kateqoriya:İraq dilləri