Vahid Kayrıcı () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21 və 28-ci çağırışlarının deputatı.

Həyatı Vahid Kayrıcı 1956-cı ildə Çorum ilinin Sungurlu ilçəsində anadan olub. AİTİA Maliyyə Elmləri və Mühasibatlıq Liseyindən məzun olub.

Yol, Su və Enerji Baş İdarəsində işçi olaraq çalışıb. Daha sonra özəl bizneslə məşğul olub.

90-cı illərdən MHP üzvüvür.

1999 və 2023-cü illərdə MHP namizədi olaraq Çorum ilindən Türkiyə Böyük Millət Məclisinin 21 və 28-ci çağırışlarının deputatı seçilib.

Evli və 3 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXI çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları