İlyas Topsakal () — alim-professor və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı İlyas Topsakal 1970-ci ildə Samsun ilində anadan olub. Ərciyəs Universiteti İlahiyyat Bölməsindən məzun olub. Mərmərə Universitetində magistr və PhD dərəcələri alıb. İngiltərənin Redinq Universiteti Tarix Bölməsində Rusiya tarixi mövzusunda araşdırmalar aparıb.

2012-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adları alıb. İstanbul Universiteti Ədəbiyyat Bölməsində Kafedra müdiri vəzifəsində çalışıb.

2023-cü ildə MHP namizədi olaraq Samsun ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İngiliscə, rusca və ərəbcə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə professorları Kateqoriya:Türkiyə tarix akademikləri Kateqoriya:Ərciyəs Universitetinin məzunları