Ruslar () — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 135 milyon nəfərdir. 2026-cı ilin nəticələrinə görə Rusiyada sayları 105 579 179 nəfərdir Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar.

Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln), Özbəkistan (500 min), ABŞ (3,5mln), Kanada (500 min), Belarus (800 min), Azərbaycan (180 min) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.

Həmçinin bax Azərbaycanda ruslar

İstinadlar

Kateqoriya:Ruslar Kateqoriya:Azərbaycanda yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Qazaxıstanda yaşayan etnik qruplar Kateqoriya:Hind-Avropa xalqları