Avatar: Sonuncu hava maqı () — eyniadlı anime elementli cizgi serialın (2005–2008) əsasında çəkilən, yayımlaması gözlənilən ABŞ Netflix serialı.
Serialın səkkiz seriyası 2024-cü ilin fevralın 22-də Netflix-də buraxılıb. Birinci mövsümün tənqidçilərdən aldığı qarışıq reaksiyadan sonra bəyan olunub ki, serialın həm 2-ci, həm də 3-cü mövsümü çəkiləcək.
İstehsalı 2018-ci ildə Netflix bəyan edib ki, Avatarın remeykini 2019-cu ildə istehsal etməyə başlayacaq. Əvvəl deyilənə görə, orijinal serialın yaradıcıları, Maykl Dante DiMartino və Brayan Konietzko remeykin istehsalında baş yazıçı və icraçı prodüser olaraq iştrak etməli idilər. Lakin, 2020-ci ilin avqustun 12-də yayılmış DiMartinonun açıq məktubunda o yazıb ki, orijinalın yaradıcıları Netflix-in yanaşması ilə bədii fərqlərinə və studiyada mövcud olan "mənfi və dəstəksiz" () şəraitinə görə, həmin ilin iyununda layihəni tərk ediblər. DiMartino ilə Konietzkonun adları serialın birinci və altıncı seriyasının ssenari müəllifləri olaraq qeyd olunur. 2021-ci ilin avqust ayında rəsmən bəyan olunub ki, DiMartino və Konietzkonun yerinə Albert Kim təyyin olunub.
Hər mövsüm üçün səkkiz seriya nəzərdə tutulur və hər seriyanın qiyməti 15 million dollardan çox olacaq.
Musiqi Əvvəlcə layihənin bəstəkarı orijinal serialın musiqisinin müəllifi Ceremi Tsukerman olduğu haqqında məlumat yayımlanmışdır. Lakin DiMartino ilə Konietzko onu tərk edəndən sonra, Tsukerman layihədə iştirakını inkar etmişdir. 2023-cü ilin noyabrın 9-da yeni serialın bəstəkarı yaponəsilli amerikalı Takeçi Furukava olduğu bəyan olunmuşdur.
Qəbulu 19–25 fevral arasında "Avatar: Sonuncu hava maqı" Netflix-in dünyada ən çox izlənilən proqramı olmuşdur. Seriala ilk həftə ərzində 21,2 million adam baxmış, ümumi izlənmə müddəti 154,4 milyon saatı keçmişdir.
Qeydlər
İstinadlar
Kateqoriya:Avatar: Aanq haqqında əfsanə Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Epik fentezi teleserialları Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:Disfunksional ailələr haqqında teleseriallar