Stüart Littl 3: Vəhşilərin Zəngi - 2005-ci ildə ekranlaşdırılan Stüart Littl filminin 3-cü hissəsidir. Əvvəlki iki filmdən fərqli olaraq, “Stuart Little 3” televiziya seriyalına oxşayan 2D və 3D elementləri özündə birləşdirən tam cizgi filmidir.
Süjet xətti
Yeni hekayədə Littl ailəsi həyəcanlı bir səyahətə çıxır. Corc və Stüart kəşfiyyatçı olurlar, lakin Stüartın bu səyahət zamanı heç vaxt şansı gətirmir. Meşədə o, hiyləgər bir skunk Riko ilə tanış olur. Ancaq Stüart təhlükə altındadır - meşədə haqqında əfsanələr danışılan naməlum yırtıcı yaşayır və sadəcə olaraq onu "Canavar" adlandırırlar. Lakin tezliklə məlum olur ki, bu yırtıcı adi bir pumadır. O, digər pişiklərin dərisini soyub qışda özünün geyinməsi üçün onları qaçırır. O, Riko tərəfindən aldadılan Littl ailəsinin pişiyi olan Qartopunu qaçırır və Stüart Qartopunu xilas etmək üçün onun arxasınca gedir. Riko da sonradan öz səhvini başa düşür onların arxasınca gedir. Bundan sonra əvvəlcə Stüart Qartopunu xilas edir və hətta Pumanı şəlaləyə də atır, lakin o, şəlalədən çıxaraq onları izləməyə başlayır. Onlar tələ hazırlayırlar, lakin Qartopu axmaqcasına onları ələ verir və Puma Stüartı yeməyə hazırlaşır, lakin Riko Stüartı xilas edir. Onların arxasınca gələn digər heyvanlar da, döyüşdə onlara kömək edirlər və Puma kəndirlərə ilişir. Littl ailəsi və kəşfiyyatçılar onları tapırlar və Puma zooparka göndərilir və Stüart ən yaxşı kəşfiyyatçı titulunu əldə edir.
İstinadlar Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Heyvanlar haqqında cizgi filmləri Kateqoriya:Tətil filmləri Kateqoriya:2006-cı ilin filmləri