– Yaponiya rəqqasəsi və xoreoqrafı. O, yaşayan milli xəzinə elan olunmuş ilk rəqqasədir.

Həyatı Fuciko Fucima 31 oktyabr 1907-ci ildə Tokioda Kimiyo Tanaka adı ilə doğulmuşdur. 8 yaşında olan ənənəvi yapon məktəbinin Fucima məktəbinin İemoto qolunun rəhbəri olan II Kanemon Fucimanın şagirdi olmuşdur. Bu dövrdən etibarən məktəbin aparıcı üzvlərindən biri olmuş, hətta məktəbin növbəti iki rəhbərinin müəllimi olmuşdur. 1926-cı ildə səhnə adını qəbul etmişdir.

Fucimanın ən məşhur rəqsləri gənclik bulağından bəhs edən bir Çin əfsanəsinə əsaslanan "Kikucido" və Kiotadakı sevgilisini ziyarət edən döyüşçüdən bəhs edən "Kakeqiyo" rəqsləri olmuşdur. "Kakeqiyo" onun ən məşhur rəqslərindən biri olmuş, bu rəqsə görə 1955-ci ildə Təhsil Nazirliyinin Teatr Festivalı Mükafatına layiq görülmüşdür.

Fucima kabuki tamaşaları üçün tokivazu rəqslərinin xoreoqrafiyası ilə məşğul olmuşdur (məsələn, "Masakado" və "Seki no To" tamaşaları üçün). O, 1985-ci ildə Yaponiya hökuməti tərəfindən yaşayan milli xəzinə elan olunmuşdur. O, bu ada layiq görülən ilk rəqqasə olmuşdur. 1992-ci ildə Los-Ancelesdə yerləşən Yaponiya Amerika Teatrında çıxış etmişdir. 14 oktyabr 1998-ci ildə Tokioda yerləşən bir xəstəxanada mədə xərçəngi səbəbilə ölmüşdür.

Şəxsi həyatı Fucimanın övladığa götürdüyü qızı Rankey rəqqasə və rəqs müəllimi olmuşdur. Fucima ölümündən əvvəlki son performansında Rankey ilə birlikdə çıxış etmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya rəqqasələri Kateqoriya:Yaponiya xoreoqrafları Kateqoriya:Yaponiyanın yaşayan milli xəzinələri Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Yaponiya uzunömürlüləri