Sergey Vladimiroviç Surovikin (; ) — Rusiya hərbçisi, ordu generalı. 2023-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə Nazirləri Şurası yanında Hava Hücumundan Müdafiə üzrə Koordinasiya Komitəsinin rəhbəri vəzifəsində çalışır.
Surovikin 2017-ci ildən 2023-cü ilin avqustuna qədər Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı olmuşdur. O, Vaqner qiyamı ilə əlaqəli olduğu iddiası ilə Vladimir Putin tərəfindən vəzifəsindən azad edilmişdir. SSRİ– Əfqanıstan müharibəsi, Tacikistanda vətəndaş müharibəsi, İkinci Çeçenistan müharibəsi və Rusiyanın Suriyada vətəndaş müharibəsinə hərbi müdaxiləsi veteranıdır. O, 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər Rusiyanın Ukraynaya hücumunda bütün Rusiya qüvvələrinin komandanı və müavini olmuşdur. 2023-cü ilin yanvarından 2023-cü ilin avqustuna qədər komandir müavini olaraq xidmət etmişdir.
İstinadlar
Kateqoriya:Rusiya hərbçiləri Kateqoriya:"Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər (SSRİ) Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Rusiya pravoslavları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları