Aleksandr Timofeeviç Prokopenko (; ) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ milli futbol komandasının keçmiş üzvü. SSRİ idman ustası (1979). Beynəlxalq dərəcəli SSRİ idman ustası (1980).
Həyatı Aleksandr Prokopenko 16 noyabr 1953-cü ildə Bobruysk şəhərində anadan olub. Futbolla elə orada məşğul olmağa başlayıb. 1970-1972-ci illərdə BSSR çempionatında çıxış edən yerli "Stroitel" komandasında çıxış edib.
1972-ci ildə SSRİ yüksək liqasında mübarizə aparan və respublikanın əsas komandası olan Minskin "Dinamo" komandasına cəlb edilir. Burada ilk qolunu 20 oktyabr 1973-cü ildə "Ararat Yerevan"ın qapısından keçirib. Yeni komandasına tez uyğunlaşan futbolçu, klubun liderlərindən birinə çevrilir. 1974 mövsümündə 9 qolla komandasının ikinci ən məhsuldar futbolçusu olub. Ardıcıl üç mövsüm — 1977-1979-cu illərdə isə komandasının ən məhsuldar futbolçusu olmağı bacarıb. 1982-ci ildə "Dinamo"nun heyətində ölkə çempionatının qızıl, bir il sonra isə bürünc mükafatını qazanıb.
Alkoqolizmdən əziyyət çəkən Prokopenko, 1984-cü ildə Mozır şəhərindəki müalicə-əmək profilaktoriyasına yerləşdirilir. Bir il burda qaldıqdan sonra futbola qayıdır. 1986-cı ili SSRİ ikinci liqasında mübarizə aparan "Dnepr Mogilyov" komandasında keçirib. 1987-ci ildə "Neftçi"yə transfer olunub. Yeni komandasında debüt oyunundaca "Spartak Moskva"nın qapısından top keçirib. Ümumilikdə Bakı təmsilçisinin heyətində 7 oyun keçirib, 1 qol vurub.
1989-cu ilin yanvarında yenidən Mozır müalicə-əmək profilaktoriyasına göndərilir və iki ay burada qalır. 1989-cu il martın 29-da axşam saatlarında Minsk mehmanxanasının restoranında qəflətən vəfat edib. Mogilyov vilayətinin Bobruysk rayonunun Tokari kəndindəki qəbiristanlıqda dəfn edilib.
Xatirəsi 1993-cü ildən Minskdə Prokopenkonun xatirəsinə minifutbol turniri keçirilir.
2015-ci ildə Bobruyskdakı stadiona Aleksandr Prokopenkonun adı verilib.В Бобруйске стадиону присвоили имя земляка-футболиста // Belaruspartisan.by
Nailiyyətləri Komanda Dinamo Minsk SSRİ çempionu: 1982 SSRİ çempionatının bürünc mükafatçısı: 1983
SSRİ milli komandası Olimpiya Oyunlarının bürünc mükafatçısı: 1980
Şəxsi SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında № 1: 1982
İstinadlar
Xarici keçidlər Aleksandr Prokopenkonun məzarı Aleksandr Prokopenko Dynamo.su saytında
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:1980 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:1980 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları Kateqoriya:Dinamo Minsk FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:Olimpiya bürünc medalına sahib SSRİ idmançıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri