Atletik Bilbao () — İspaniyanın Baskoniya bölgəsinin Bilbao şəhərini təmsil edən futbol klubu.
Klub Real Madrid və Barselona ilə birlikdə La Liqada heç vaxt aşağı diviziyona düşməyən üç klubdan biridir. La Liqada səkkiz dəfə çempion olmuşdur ki, bu da ispan klubları arasında 4-cü ən yaxşı nəticədir. Atletik İspaniya Kral Kubokunu 25 dəfə (İspaniya Futbol Federasiyası 24 qələbəni qəbul edir) qazanmışdır ki, bu nəticə ilə onlar yalnız Barselona klubundan geridə qalır.
Atletikin əsas iki rəqibi vardır. Bunlardan biri Real Sosyedad, digəri isə həm idman, həm də siyasi cəhətdən bir-birinə rəqib olan Real Madriddir.
Tarixi Atletik Bilbao, İspaniyanın Bask bölgəsinin futbol komandasıdır. 1928-ci ildə bəri La Liqada mübarizə edən üç klub Real Madrid və Barselona ilə birlikdə La Liqadan heç düşməmiş üç komandadan biridir. Athleic Bilbao 8 dəfə La Liqanın, 24 dəfə də İspaniya Kubokunu qazanmağı bacarmışdır.
Bask bölgəsinin digər komandalarından fərqli olan Atletik Bilbao bölgə xaricində heç bir oyunçunu komandasında oynatmaz. Komanda bu ənənəsini illərdir davam etdirməkdədir. Formasına heç bir zaman reklam almayan Bilbao nümayəndəsi 110 il sonra bu ənənəyə son verərək 2008-ci il başlanğıc olmaq üzrə, 2011-ci ilə qədər Bask mənşəli bir neft şirkətinin forma reklamını almışdır. Tarixi boyunca heyətində apardığı tək xarici futbolçu Bixente Lizarazu olub, bu futbolçu da Fransanın Bask Bölgəsindəndir.
Atletik Bilbao klubuna ev sahibliyi edən San Mames stadionu 1913-ci ildə inşa edilib və La Liqanın ən köhə stadionudur.
Oyunçuları
Cari heyət
İcarədə olanlar
Forma dəyişimi 190319101913195019701982199620042015Fayl:Athletic kit1903.pngFayl:Athletic kit1910.pngFayl:Athletic kit1913.pngFayl:Athletic kit1950.pngFayl:Athletic kit1975.pngFayl:Athletic kit1980.pngFayl:Athletic kit1990s.pngFayl:Athletic kit2000s.png
Forma sponsorları və istehsalçıları DövrForma istehsalçısıForma sponsoru1982–1990 AdidasYoxdur1990–1999 Kappa1999–2001 Adidas2001–2008100% Athletic2008–2009Petronor2009–2013Umbro2013–2015Nike2015–2017Kutxabank2017–2023New Balance
Uğurları La Liqa (8): 1929–30, 1930–31, 1933–34, 1935–36, 1942–43, 1955–56, 1982–83, 1983–84 İspaniya Kral Kuboku (24): 1903, 1904, 1910, 1911, 1914, 1915, 1916, 1921, 1923, 1930, 1931, 1932, 1933, 1943, 1944, 1944–45, 1949–50, 1955, 1956, 1958, 1969, 1972–73, 1983–84, 2023-24 İspaniya Superkuboku (3): 1984, 2015, 2021 Eva Duarte Kuboku (1): 1950 Tacq Qapağı Kuboku (1) : 1902
Həmçinin bax La Liqa Basklar ölkəsi San Mames stadionu
İstinadlar
Xarici keçidlər
Official website Athletic Bilbao Athletic Bilbao
Kateqoriya:İspaniya futbol klubları