33 Şəhid Abidəsi () — Türkiyənin Bingöl vilayətində 1993-cü ildə baş tutmuş Bingöl qətliamında Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlıları tərəfindən öldürülən 33 silahsız Türkiyə Quru Qoşunları əsgərinə həsr olunmuş abidə.

Abidə Bingöl şəhərindən 13 kilometr qərbdə yerləşir. 2007-ci ilin iyununda 33 metr uzunluğundakı bayraq dirəyində (hücum zamanı həlak olan 33 əsgəri təmsil edir) 10 kvadrat metrlik Türkiyə bayrağı və 33 əsgərin hamısı üçün kenotaflar quraşdırılmışdır. Memorial 2012-ci ildə ictimaiyyətə açılmışdır.

Qalereya

İstinadlar

Kateqoriya:Türkiyə abidələri Kateqoriya:Bingöl ili