Azadlıq və Demokratiya Partiyası (, ÖZDEP ) — Türkiyədə kürdlərin hüquqlarını müdafiə edən bir partiya. Partiya 1992-ci ilin oktyabrında Xalq Əmək Partiyasının (HEP) fəaliyyəti qadağan edildikdən sonra yaradılmışdır. Yaranmasından 4 ay sonra ÖZDEP Türkiyənin konstitusiya məhkəməsi tərəfindən öz müqəddəratını təyinetməni dəstəkləmək və kürd dilində bürokratik xidmət göstərmək ittihamı ilə fəaliyyətini qadağan etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətdə Türkiyə 1999-cu ilin dekabrında partiyanın bağlanmasına görə təzminat ödəməyə məcbur edilmişdir.
İstinadlar
Kateqoriya:1992-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:Türkiyədəki siyasi partiyalar