Göyyal — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Göyyal toponimi "göy" və "yal" sözlərindən ibarətdir. "Göy" – "yaşıl", "yal" isə "dağ beli" mənasındadır.
Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası Göyyal kəndi dağlıq ərazidədir. Toponim göy (yaşıl) və yal (dağ beli) komponentlərindən düzəlib, "yaşıl dağ beli" mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Göyyal kəndi dağlıq ərazidə yerləşir.
Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 451.
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri