Codecademy Python, Java, Go, JavaScript, Ruby, SQL, C++, C# və Swift kimi 12 müxtəlif proqramlaşdırma dillərində, həmçinin HTML və CSS nişanlama dillərində pulsuz kodlaşdırma dərsləri təklif edən Amerika onlayn interaktiv platforması. Sayt həmçinin istifadəçilərə fərdiləşdirilmiş təlim planları, testlər və real layihələrə çıxış imkanı verən ödənişli "Pro" seçimini təklif edir.

Tarixi Codecademy 2011-ci ilin avqustunda Zak Sims və Rayan Bubinski tərəfindən təsis edilib. Sims diqqəti startap qurmağa yönəltmək üçün Kolumbiya Universitetindən ayrılsa da, Bubinski 2011-ci ildə Kolumbiyadan məzun oldu. Baş ofisi Nyu-Yorkda yerləşən şirkət 2011-ci ilin oktyabrında A seriyasında 2,5 milyon dollar, 2012-ci ilin iyununda isə B seriyasında 10 milyon dollar vəsait təmin edib. Son maliyyələşdirmə raunduna Index Ventures rəhbərlik edib.

22 iyul 2014-cü ildə sayt yeni dizayn edilmiş idarə paneli ilə fəaliyyətə başladı.

2015-ci ilin avqustunda Codecademy, on iki ay ərzində imkansız qadınlar və azlıq qruplarından olan 600 tələbə üçün fərdi görüşlər keçirmək üçün Ağ Evlə əməkdaşlıq etdi.

2017-ci ilin avqustunda Codecademy-nin CEO-su Zak Sims yeni ödənişli "Pro" məhsulunun bazara çıxarılmasını rəsmi olaraq elan etdi. "Pro Intensive" ödənişli təklifi də 2017-ci ilin avqustunda istifadəyə verildi, lakin 2020-ci ildən etibarən bu məhsul artıq təklif edilmir.

2021-ci ilin dekabrında Skillsoft Codecademy-ni təqribən 525 milyon dollara nağd pul və səhm şəklində alacağını açıqladı. Satış 5 aprel 2022-ci ildə tamamlandı.

Tərəfdaşlıqlar 2017-ci ilin sentyabr ayında Codecademy pulsuz Alexa bacarıqları üzrə təlim üçün Amazon ilə əməkdaşlıq etdi.

2018-ci ilin oktyabr ayına olan məlumata görə, şirkət işçilərinin sayını 2016-cı ildəki 45 nəfərdən 85 nəfərə çatdırıb. O, həmçinin Union Square Ventures və Naspers kimi qruplardan 42,5 milyon dollar maliyyə təmin edib.

2020-ci ilin yanvar ayı etibarilə Codecademy; C++, Python, Java, Go, JavaScript, Ruby, SQL, C# və Swift kimi dilləri, həmçinin müxtəlif kitabxanaları, freymvörkləri və əlaqəli mövzuları əhatə etmək üzrə böyüdü.

İstinadlar

Kateqoriya:Proqramlaşdırma