Kəskin qaraciyər çatışmazlığı — qaraciyər xəstəliklərinin ilk əlamətlərindən (məsələn, sarılıq) dərhal sonra ciddi ağırlaşmaların meydana çıxmasıdır. Bu hal qaraciyərin ciddi zədələnməsini (qaraciyər hüceyrələrinin öz funksiyalarını 80–90% itirməsi) göstərir. Əsas ağırlaşmalar hepatik ensefalopatiya və zülalın biosintezinin pozulmasıdır (bu, zərdab albumini və qandakı protrombin vaxtı ilə ölçülür). 1993-cü il təsnifatına görə, hiperkəskin 1 həftə ərzində, kəskin 8–28 gün ərzində, subkəskin isə 4–12 həftə ərzində inkişaf edir; həm xəstəliyin nə qədər sürətlə inkişaf etməsi, həm də onun əsas səbəbi nəticəyə ciddi təsir göstərir.
Kəskin qaraciyər çatışmazlığı qaraciyər toxumasının böyük hissəsinin (>80%) nekrozu, kəskin distrofiya-disfunksiyası və ya geniş rezeksiyası nəticəsində meydana gəlir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ölüm səbəbləri Kateqoriya:Qaraciyər xəstəlikləri Kateqoriya:Orqan çatışmazlığı