Konka, Kinka, Kinska və ya Kinski kimi tanınan Konka çayı () — Ukraynanın Zaporojya vilayətindən axan Dnepr çayının sol qoludur. Çayın uzunluğu 146 km (91 mil)-dir. Drenaj su hövzəsi isə 26000 km²-dir. Azovboyu yüksəklikdən başlayır və Dneprdəki Kaxovka su anbarına axır. Çayın keçdiyi ərazilərdə Polohı və Orixiv şəhərləri yerləşir. Çayın adı, Krım tatarcasında Yılki Su kimi səslənir, "vəhşi atların suyu" mənasını verir.

Təsviri thumb|left|Dnepr çayının hövzəsi Çayın zunluğu 149 km, hövzəsinin sahəsi isə 2600 km²-dir. Çayın mailliyi 1,7 m/km-dir. Yuxarı və orta axarda vadi darlaşır, aşağı axarında isə 3,5 km-ə qədər genişlənir. Aşağı axarda çay, dərinliyi 6–7 m olan kanal budaqlar və kanallar əmələ gətirir. Çayın qidasını qar və yağış suları təşkil edir. Dekabrdan martın əvvəlinə qədər buz örtüyü qeyri-sabitdir.

Konka çayının suyunun minerallaşması yüksəkdir. Uzun illər ərzində orta hesabla: yaz daşqını — 2407 mq/dm³; yay-payız aşağı su — 2766 mq/dm³; qışda aşağı su — 2812 mq/dm³-dir.

1887-ci ildə çayın sahilləri məşhur geoloq, akademik Nikolay Sokolov tərəfindən tədqiq edilmişdir.Алексеев А. Н. Исследователь Мелитопольщины — геолог Николай Алексеевич Соколов // Мелитопольский краеведческий журнал, 2013, № 1, с. 52–57.

Tarixi Monqol sərkərdəsi Mamay xanın iqamətgahı da çayın mənsəbində yerləşirdi. Çay, XVIII əsrdə Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında sərhəd rolunu oynamışdır.

2023-cü ilin iyununda Rusiyanın Ukraynaya hücumu zamanı Kaxovka bəndinin partladılması Konkada suyun səviyyəsinin sürətlə aşağı düşməsinə səbəb oldu.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ukrayna çayları Kateqoriya:Avropanın beynəlxalq çayları