Azan və ya əzan () — müsəlmanları ibadətə çağıran, ibadət vaxtının yetişdiyini xəbər verən vasitə.

Etimologiyası Azan məsdər olub, lüğətdə "bildirmək, eşitdirmək, çağrırış etmək, elan etmək" mənalarını verir. Azan ilə eyni kökdən gələn müəzzin () tərcümədə "azan oxuyan şəxs" deməkdir. Azan oxunan yerə (minarə) isə mizənə () deyilir. Azan kəliməsi Quranda " bilidiriş, elan" mənasında bir yerdə (Tövbə surəsi, 3. ayə), termin olaraq isə nida () kökünün variasiyaları ilə iki ayədə (Maidə surəsi, 58. ayə; Cümə surəsi, 9. ayə) verilmişdir.

Tarixi Namaz Məkkədə fərz edilsə də ilk azan 622-ci ildə Mədinədə Məhəmmədin göstərişi ilə səhabə Bilal Həbəşi tərəfindən oxunmuşdur. İslam mənbələrinin yazdığına görə Abdullah ibn Zeydə yuxuda azanın sözləri öyrədilmişdi. Gördüyü yuxunu Məhəmmədə nəql edincə, Ömərin də eyni yuxunu gördüyü məlum olur və Məhəmməd Bilala göstəriş verərək belə deyir:

Məhəmmədin azanla bağlı sözləri Məhəmmədin azanla belə demişdir:

Məhəmməd başqa bir hədisdə isə belə demişdir:

Sünnilikdə azan Allahu Əkbər! (الله أكبر) (4 dəfə) (Allah ən böyükdür) Əşhədu ən lə ilahə illəllah! (أشهد أن لا إله إلا الله) (2 dəfə) (Şəhadət edirəm ki, Allahdan başqa bir tanrı yoxdur!) Əşhədu ənnə Muhəmmədən rasulullah! (أشهد أن محمدا رسول الله) (2 dəfə) (Şəhadət edirəm ki, Məhəmməd Allahın elçisidir) Həyyə aləs-saləh (حي على الصلاة) (2 dəfə) (Namaza tələsin) Hayyə aləl-fələh (حي على الفلاح) (2 dəfə) (Qurtuluşa tələsin) Əssalətu xayrun minən nəvm (الصلاة خير من النوم) (*Sübh azanından deyilir; iki dəfə) (Namaz yuxudan xeyirlidir) Əllahu Əkbər! (الله أكبر) (2 dəfə) (Allah ən böyükdür) Lə ilahə illəllah (لا إله إلا الله) (1 dəfə) (Allahdan başqa tanrı yoxdur)

Şiəlikdə azan Allahu Əkbər! (الله أكبر) (4 dəfə) (Allah ən böyükdür) Əşhədu ən lə ilahə illəllah! (أشهد أن لا إله إلا الله) (2 dəfə) (Şəhadət edirəm ki, Allahdan başqa bir tanrı yoxdur!) Əşhədu ənnə Muhəmmədən rasulullah! (أشهد أن محمدا رسول الله) (2 dəfə) (Şəhadət edirəm ki, Məhəmməd Allahın elçisidir) Əşhədu ənnə (əmirəl-mömininən) Əliyyən vəliyullah (2 dəfə) (أشهد أن (أمير المؤمنين) علياً ولي الله) (Şəhadət edirəm ki, Əli (möminlərin əmiri və) Allahın vəlisidir) Həyyə aləs-saləh (حي على الصلاة) (2 dəfə) (Namaza tələsin) Hayyə aləl-fələh (حي على الفلاح) (2 dəfə) (Qurtuluşa tələsin) Hayyə alə xayril-əməl (حي على خير العمل) (2 dəfə) (Ən xeyirli əmələ tələsin) Allahu Əkbər! (الله أكبر) (2 dəfə) (Allah ən böyükdür) Lə ilahə illəllah (لا إله إلا الله) (2 dəfə) (Allahdan başqa tanrı yoxdur)

Şiə müsəlmanlar azan oxunarkən "əşhədu ənnə Muhəmmədən rasulullah!"dan sonra 2 dəfə "əşhədu ənnə əmirəl-mömininən Əliyyən vəliyullah" (şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər.

Azanın məqamları Azan bir çox ölkədə məqam üzərində oxunur. İran, Səudiyyə Ərəbistanı və Misirdə azan sadəcə Hicaz və Rast məqamlarında oxunur. Türkiyədə isə bu məqamların sayı 15-ə çatır. Beləki hər azan bir məqamda oxunur:

Sübh azanı — Sabə. Zöhr azanı — Uşşaq. Əsr azanı — Rast. Şam azanı — Segah. İşa azanı — Hicaz.

Tarix boyu Azana olunmuş əlavələr Sünnilərdən fərqli olaraq şiələr azana "hayyə alə xayril-əməl" və "əşhədu ənnə əmirəl-mömininən Əliyyən vəliyullah" sözlərini əlavə edirlər. Şiə alimləri "hayyə alə xayril-əməl" sözlərinin azanın bir parçası olduğu haqqında həm fikirdirlər. Şiə alimlərin iddiasına görə bu sözlər xəlifə Ömər tərəfindən, insanların namazı cihaddan üstün tutub, cihaddan üz döndərmələri qorxusu ilə azandan çıxarılmışdır. Şiələr, Ömərin belə dediyini nəql edirlər:

Bəzi şiə alimləri yuxarıdakı sözlərin Təftazaninin əsərində də keçdiyini misal çəkərək, Ömərin azanı təhrif etdiyini, sünnilərin də bunu qəbul etdiyini iddia edirlər. Lakin sünni mənbələrində Ömərin azanla bağlı bir qadağasından bəhs olunmur.

"Hayyə alə xayril-əməl" sözlərinin azanın bir parçası olduğu haqqında həm fikir olan şiə alimləri, "əşhədu ənnə əmirəl-mömininən Əliyyən vəliyullah" sözləri haqqında yekdil fikirə sahib olmayıb, müxtəlif fikirlərə sahiblər.

Büveyhilər dövrü Bu dövrün həm sünni, həm də Şiə mənbələrində "… Əliyyən vəliyullah" ifadələri azanda müşahidə olunmur. Əxbəri və şiələrin ilk hədis alimi Kuleyni öz əsərində azanla bağlı müxtəlif höküm və məlumatlardan bəhs etsə də "… Əliyyən vəliyullah" ifadələlrindən bəhs etməmişdir. Şiə alimlərdən bu ifadədən ilk bəhs edən Şeyx Səduq olmuşdur. Şeyx Səduqun əsərində keçən azanın, sünni azanındən tək fərqi "hayyə alə xayril əməl" sözləridir. Şeyx öz əsərində "… Əliyyən vəliyullah" sözləri haqqında belə demişdir:

Göründüyü kimi, Büveyhilər dövrünün şiə alimləri "hayyə alə xayril əməl"i azanın bir hissəsi kimi qəbul etsələr də "… Əliyyən vəliyullah"ın azana əlavə edilməsini qəbul etməyib, bunu müzakirə etməyə belə ehtiyac duymayıblar.

Elxanilər dövrü Bu dövrün şiə alimləri azandakı "… Əliyyən vəliyullah" sözləri haqqında özlərindən əvvəlki şiə alimləri kimi düşünürdülər. Muhəqqiq Ərdəbiliyə görə bu sözlər azanda işləndilməməlidir. Yəhya ibn Səid əl-Hilli bu sözlərin şaz rəvayətdən qaynaqlandığını və bu səbəblə bu sözlərdən istifadə edilməməli olduğunu vurğulamışdır.

Səfəvilər dövrü Bu dövrdə azana "… Əliyyən vəliyullah" sözləri əlavə edilmiş və bunun dini zəmini hazırlanmışdır. Bunun əsas səbəbi sünnilərə qarşı həyata keçirilən təzyiq, təhdid və qətl aktlarını dəstəkləməkdir. Bu dövrdə bu sözləri azana əlavə edəndə şiə alimi Məclisi Əvvəl olaraq tanınan Məhəmməd ibn Əli əl-Məclisidir.

Qacarlar və sonrakı dövrlər Qacarlar dövründəki şiə alimləri Səfəvilər dövründəki şiə alimlərin fikirlərini dəstəkləyirdilər. Sonrakı dövrlər də isə vəziyyət dəyişmişdir. XIX əsrin şiə almləri bu sözlərin azanda oxunmasını rədd edirdilər. Yenə həmin əsrdə hindistanlı şiə alimləri xalqı azanda bu sözləri deməmələri üçün cəsarətləndirirdilər.

Həmçinin bax Məscid Minarə Mehrab Müəzzin

İstinadlar

Kateqoriya:İslam Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:İslam terminləri