thumb|Azərbaycan elmi tarixşünaslığının əsasını qoyan Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixşünaslığı — yerli və xarici mənbələr vasitəsilə Azərbaycanın və ya azərbaycanlıların tarixinin qeydə alınması, Azərbaycan ədəbiyyatında Azərbaycan və dünya ilə bağlı tarixi əsərlərin yazılması, Azərbaycan milli tarixşünaslığının inkişafı kimi məsələləri əhatə edir.

XV əsrdə yazılmış "Tarix-i Xətai" və XVII–XIX əsrlərə aid edilən "Dərbəndnamə" tərcümə əsəri azərbaycan dilində yazılmış ilk tarixi əsərlər hesab edilir. XVIII əsrdə azərbaycan dilində kiçik tarixi əsərlər ortaya çıxmağa başlamışdır ("Xudabəndi oğlu Şah Abbasın dövrünün tarixi", "Səfəviyyə padşahları", "Şirvan hadisələri", "Müsibətnamə" və s.). Azərbaycan elmi tarixşünaslığının əsası Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri ilə qoyulmuşdur. Dağıstan alimi Həsən Əlkədərinin 1892-ci ildə azərbaycanca yazılmış "Əsəri-Dağıstan" kitabı Dağıstan tarixi haqqında Şərq yazılı məlumatlarını ehtiva edir, Əlkədəri bu əsəri ilə Dağıstanı qlobal İslam tarixinə inteqrasiya edirdi. Sovet dövründə Azərbaycan tarixi geniş öyrənilmişdir.

Qeyri-azərbaycandilli mənbələrin rolu Tarixçi Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində (VII–X əsrlər) Azərbaycanda mövcud olmuş Qafqaz Albaniyası haqqında, bura hücum etmiş hunlar və xəzər türkləri haqqında məlumat verir,Патканов К. П. Предисловие // История Агван Моисея Каланкатуйского.— СПб., 1861.— стр. XII. onların həyatı, mənəviyyatı və inancları, xüsusilə xristianlığı qəbul etmələri təsvir edilir.Смбатян Ш. В. Предисловие. Мовсес Каланкатуаци. История страны Алуанк. Матенадаран 1984

IX əsr ərəb tarixçisi Yaqubinin "Kitab əl-buldan" əsərində Qafqaza, Ərməniyyəyə və Azərbaycana aid məlumatlar verilir. Rus şərqşünas Nikolay Aleksandroviç Karaulov əsərin bu hissələrini rus dilinə tərcümə etmiş, bu tərcümə "Qafqazın yerlərinin və tayfalarının təsviri üçün materiallar toplusu" məcmuəsinin 1903-cü ildə işıq üzü görən buraxılışında nəşr edilmişdir.Отдѣл первый. — Свѣдѣнiя арабскихь писателей о Кавказѣ, Арменiи и Адербейджанѣ. III. Ибн–Хордадбэ. IV. Кудама. V. Ибн–Рустэ. VI. Ал–Якубiй. — Переводь и примѣчанiя Н. А. Караулова, стр. 55. // Сборникь матеріаловь для описания мѣстностей и племень Кавказа (СМОМПК). Изданіе Управленія Кавказскаго Учебнаго Округа. Выпускь тридцать второй. Тифлись: Типографія Канцеляріи Главноначальствующаго гражданскою частію на Кавказѣ и К. Козловскаго, 1903. "Kitab əl–buldan"da Qafqaza aid hissələr 2008-ci ildə tarix üzrə fəlsəfə doktoru Elmira Əlizadə tərəfindən azərbaycan dilinə tərcümə edilmişdir.. "Tarixi-Yaqubi"dən (IX əsr) Qafqaz və Azərbaycanla bağlı hissələr Panteleymon Juze tərəfindən rus dilinə tərcümə edilərək 1927-ci ildə Bakıda nəşr edilmişdir.Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, 2005 Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, 2005

XVII əsr Osmanlı tarixçisi Münəccimbaşı Əhməd Dədənin ərəbcə yazdığı "Cami əl-düval" əsərininHatice Arslan-Sözüdogru — Müneccimbasi als Historiker — Islamkundliche Untersuchungen Band 289, Klaus Schwarz Verlag, ISBN 978-3-87997-363-7 əhəmiyyəti hal-hazırda itmiş olan müxtəlif mənbələrdən (xüsusilə bir çox kiçik müsəlman sülalələri haqqında) götürülmüş məlumatların əsərdə qorunub-saxlanılmasıdır. Buna misal Münəccimbaşının itirilmiş "Tarix Bab əl-əbvab" ("Dərbəndin tarixi") əsərindən istifadə etməsidir. "Tarix Bab əl-əbvab"da Cənubi Qafqazın şərqi, Arran və Adərbayqanın sülalələri haqqında çox məlumat var idi.

Monqol, türkman və Səfəvi dövrü mənbələri Ağqoyunlu dövrünə aid "Kitabi-Diyarbəkriyyə" əsərində girişdən sonra Uzun Həsəndən Adəm peyğəmbərə qədər soy ağacı verilir, daha sonra Qara Yuluq Osman bəy ilə oğul və nəvələrinə dair xəbərlər verilir və bununla da Ağqoyunlu xanədanlığı tarixi başlayır.Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt XXVI. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 2002, sayfa 75 Kitabda 1408–1419, 1424–1428, 1429–1433-cü illərə aid hadisələr demək olar ki, işıqlandırılmamış, 1441–1444 və 1446–1450-ci illərə aid hadisələr isə qısa olaraq təsvir edilmişdir.Введение, стр. 33. // Великие Комнины и Восток (1204–1461). — Ш. М. Шукуров. Под редакцией С. П. Карпова. Серия "Византийская библиотека. Исследования." Санкт–Петербург: Издательство Алетейя, 2001, 448 стр. ISBN 5-89329-337-1 Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış "Tarixi-aləm arayi-Əmini" əsəriВ. История Ирана: (10) Ак-Коюнлу, стр. 849. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Ю. Э. Брегель. Часть II . История Ирана, Курдистана, Средней Азии, Афганистана, Турции, Кавказа, Арабских стран, Европы и Америки, Китая и Японии. Ответственный редактор Ю. Э. Борщевский. Москва: Главная редакция восточной литературы, 1972, 616 стр. (от 699 до 1314) dövlətin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir.§ 2. Его труды (текст ) // Фазлуллах ибн Рузбихан Хунджи . Тарих-и алам-ара-йи амини. Баку. 1987

Osmanlı mədəniyyətinə töhfə verən azərbaycanlılar (demonim) arasında Ağqoyunlu bürokratı və tarixçisi, Azərbaycanlı türklərin ləhcəsində danışan İdris Bitlisi var idi. İdris Bitlisi Ağqoyunlu hökmdarı Sultan Yaqubla birlikdə İran Azərbaycanından İrəvana etdiyi səyahəti "Risalə-i Xəzaniyyə" adı ilə fars dilində yazmışdır. Əsərdə Ağqoyunlular dövləti və tarixi əsərlərlə bağlı məlumatlar mövcuddur.B. AKOT, ""Mevlâna İdris-i Bitlisî ve Manzum Kırk Hadîs Tercümesi: Hadîs-i Çihil",," İslami Araştırmalar, vol.24, no.2, pp.71–84, 2013.

Səfəvi tarixçiliyi həm Teymuri, həm qərbi Türkmən (Qaraqoyunlu və Ağqoyunlu) tarixçilik ənənəsindən bəhrələnmişdir. Bu dövrdə azərbaycandilli qızılbaşlar da tarixin yazılmasında iştirak etmişdir.Quinn, Sholeh (2004). "Historiography vi. Safavid period". In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Volume XII/4: Historiography III–Homosexuality III. London and New York: Routledge & Kegan Paul. pp. 363–367. ISBN 978-0-933273-78-8. Azərbaycandilli Səfəvi tarixçisi Həsən bəy Rumlu fars dilində "Əhsən ət-təvarix" əsərini yazmışdır. Əsərdə XV–XVI əsrlərdə Azərbaycan, İraq, Xorasan, Mavəraünnəhr, İranın müxtəlif bölgələri və digər ərazilərdə baş verən hadisələr xronoloji şəkildə təsvir edilir.Шахин Фарзалиев. Азербайджан в 15–16 веках: на тему "Ахсанут-таварих" Гасан бека Румлу. — Баку, 1983. Digər azərbaycandilliИ. П. Петрушевский "Очерки по истории феодальных отношений в Азербайджане и Армении в 16 начале XIX века" Восточный факультет Ленинградского государственного университета 1949 г. стр 18. "Искендер-бек-Туркеман, по прозванию Мунши ("секретарь"). Этот крупнейший из представителей сефевидской придворной историографии родился около 968 г. х. (1560/61 г. н. э.) и происходил из азербайджанского кочевого племени туркеман" İran tarixçisi İsgəndər bəy Münşinin fars dilində "Tarix-i aləm aray-i Abbasi" əsəri Şah I Abbasın həyatı və hakimiyyət dövrü haqqındadır.Тарих-и аламара-йи Аббаси // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2006. — Т. V. — ISBN 9965-9908-5-9. (CC BY-SA 3.0)

Mənbələrdə türk dili və təqviminin istifadəsi Səlcuqlardan başlayaraq şimaldan qıpçaqların, cənubdan oğuzların köçü nəticəsində Azərbaycan və erməni dilləri arasında əlaqə yaranmışdır. XII–XIV əsr mənbələrində, tarixçi Gəncəli Kirakos, Kilikiya zadəganı Sparapet Sempadın və digərlərinin əsərlərində 200-ə yaxın türk və Azərbaycan dili sözünə rast gəlinir.Azerbaycan-ermeni dil temasları üzerine. Z. İ. Budaqova, V. L. Qukasyan. Çeviri: Doç. Dr. Sevinç Üçgül)

Hülakü xan və xüsusilə Abaqa xandan başlayaraq tarixi əsərlərdə görülən toponimlərin bir qismi türk dilində, bir qismi monqol dilindədir. Azərbaycanlıların Göyçə adlandırdıqları, Ermənistandakı Sevan gölü Fəzlullah Rəşidəddinin XIV əsr "Cəmi ət-Təvarix" əsərinin əlyazmalarının bəzilərində "Kökçə dəniz" adlandırılır. XIV əsrin əvvəllərində tarixçi Vəssaf Azərbaycan türkcəsi ilə beyitlər yazmış, onları şərqi türkcəsi imlası ilə qarışdırmışdır. İran tarixçisi Həmdullah Qəzvininin əsərlərindəki bəzi sözlər Azərbaycan ləhcəsindədir. Fəzlullah Rəşidəddinin tarixi əsərində il adları 26 dəfə türk dilində, 34 dəfə monqol dilində istifadə olunur. Ay adları isə yalnız türk dilində idi.István Vásáry. The role and function of Mongolian and Turkic in Ilkhanid Iran // Turcologia.

Səfəvi imperiyasının çoxmədəniyyətli görünən xarakteri (on iki imam şiəliyi, fars və Azərbaycan dillərinin istifadəsi, idarəçiliyin ərəb və türk-monqol mənbəli olması) ən çox dövr tarixçilərin müxtəlif xronologiya metodlarını (hicri, şahın hökmranlıq illəri, türk-monqol təqvimi) istifadə etməsini nəzərə aldıqda təsdiqini tapır.Marcinkowski, Christoph, 'Persian Historical Writing under the Safavids (1501–1722/36)', in José Rabasa, and others (eds), The Oxford History of Historical Writing: Volume 3: 1400–1800, Oxford History of Historical Writing (Oxford, 2012; online edn, Oxford Academic, 16 Mar. 2015). Səfəvilər dövründə türk təqvimi rəsmi təqvim kimi istifadə edilmiş, Səfəvi tarixçiliyində Teymuri (Çağatay) tarixçiliyinin təsiri altında bu təqvim yayılmışdır. Novruz bayramının bu təqvimin başlanğıcı hesab edilməsi Səfəvi tarixçisi İsgəndər bəy Münşi tərəfindən qeyd edilir: "Novruzun gəlişi ilə Türk Təqviminin İlan İli uğurlu və səadətli bir şəkildə başladı."SAFEVÎ DÖNEMİ TARİH YAZIMINDA ON İKİ HAYVANLI TÜRK TAKVİMİ. Namiq Musalı. I Türk Kültürü Araştırmaları Sempozyumu. 2014

Miflərə əsaslanan tarix

XIII–XIV əsr Elxani tarixçisi Fəzlullah Rəşidəddinin "Cəmi ət-Təvarix" əsəri səlcuqların tarixindən, türk və monqol tarixindən, mədəniyyətindən, türk boylarının mənşəyindən bəhs edir, həmçinin Oğuznamə, Oğuz xanın əfsanəsi bu əsərdə mövcuddur. Rəşidəddin tərəfindən bu əsər yazılarkən, türk xalqlarının və tayfalarının tarixini yazmaq üçün istifadə edilən əsas mənbələr həm Azərbaycanın yerli türk mühitində mövcud olmuşdur, həm də Orta Asiyadan və Şərqi Türküstandan çoxsaylı mühacirlərin gətirdikləri şəcərə əfsanələri istifadə olunmuşdur. Oğuz rəvayətlərinin geniş yayılmasının daha bariz sübutu isə bəzi hekayələri "Oğuznamə" adlandırılan "Kitabi-Dədə Qorqud" dastanının Ağqoyunluların türkman mühitində, Azərbaycanda yazılı şəkildə qeydə alınmasıdır.

Oğuz şifahi geneoloji ənənələri ya Anadolu, ya da Azərbaycanda yazıya alınmışdır. Oğuz xanla bağlı "Tarix-i Oğuz" (Oğuznamə) əsəri Nizami Gəncəvinin "İsgəndərnamə"si və Suruçlu Yaqubun "İsgəndər haqqında roman" əsəri ilə bənzər süjet xətlərinə malikdir. Bu ədəbi əlaqələr Əhməd Zəki Vəlidi Toğanın "Tarix-i Oğuz"un Azərbaycanda yaradılması ilə bağlı arqumentini dəstəkləyir.

XV əsr Azərbaycanında türkmənlər oğuz hekayəsini sülalə quruluşu mifi səviyyəsinə çıxarmışdılar. Bunlara misal olaraq, Qaraqoyunlu Qara Yusifin Cengiz Alpın, Ağqoyunluların isə Oğuz xanın oğlu Gün xanın oğlu Bayandur xanın nəslindən gəlməsi ilə bağlı soy iddiaları göstərilə bilər.