Exploration Flight Test 1 () — Amerikanın çox missiyalı və qismən təkrar istifadə edilə bilən Orion kosmik gəmisinin ilk ekipajsız sınaq buraxılışıdır. 250px|right|EFT-1 yuxarı pilləsi və Orion kapsulu Buraxılış 2014-cü il dekabrın 5-də, UTC vaxtı ilə 12:05-də (7:05 EST) Kanaveral burnunda Launch Complex SLC-37 -dən Delta IV Heavy daşıyıcı raketdən istifadə edilərək baş tutdu. Missiyanın müddəti 4 saat 24 dəqiqə idi, bu müddət ərzində gəmi növbə ilə iki fərqli orbitə çıxarıldı və son mərhələdə Kaliforniya sahillərində Sakit Okeana eniş etdi. Qayıdanda cihazın maksimal sürəti 8900 m/s olub. Proqram Apollon proqramı üçün 1960-cı illərdəki inkişaflara əsaslanır .
İstinadlar
Kateqoriya:2014-cü ildə ABŞ